Cənubi Qafqaz
Paşinyan ETİRAF ETDİ: “Putinlə razılaşa bilmədik” - Ermənistan üçün ÇƏTİN GÜNLƏR BAŞLAYIR
Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol
Paşinyan dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə
görüşünün nəticələri haqqında danışıb.
Publika.az xəbər verir ki, Paşinyan Rusiyanın Ermənistana
satdığı qazın qiyməti ilə bağlı razılaşma əldə edə bilmədiklərini
deyib.
“Qazın qiyməti ilə bağlı qərar yoxdur, müzakirələr davam edəcək”, -
deyə o bildirib.
Paşinyan bildirib ki, qaz məsələsi ikitərəfli münasibətlər üçün
həssas mövzudur: “Mən nikbinəm və ümid edirəm ki, proseslər bizim
üçün arzuolunan formada inkişaf edəcək, ən azından arzulunmaz
istiqamətə getməyəcək”.
Qeyd edək ki, Rusiya Ermənistana satdığı təbii qazın qiymətini
2019-cu ilin yanvarından etibarən qaldıracaq. Bu addım Ermənistanda
istehlakçılara satılan qazın taariflərinin artırılması ilə
nəticələnəcək. Ekspertlər belə nəticələrin Ermənistan daxilində
ciddi çaxnaşmalara sənən olacağını hesab edirlər.
N. Paşinyan Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə
etmədiklərini, əsas müzakirə mövzusunun Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatında (KTMT) baş katib məsələsi olduğunu
bildirib.
Asif
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"




































.jpg)
