
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın
ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam
imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası
məlumat yayıb.
Sərəncama görə, Paşinyan 15 gün ərzində Ermənistanın yeni
hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə
təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq.
Asif