Cənubi Qafqaz
Qarabağ toqquşması başladı: 230...
Azərbaycanın işğal edilmiş ərazilərində ermənilər arasında siyasi qarşıdurma güclənib.
Publika.az xəbər verir ki, “Sasna srer” partiyası Qarabağın Ermənistana birləşdirilməsi üçün imzatoplama kampaniyasına başlayıb.
Partiya kampaniya nəticəsində 230 imzanın toplandığını açıqlayıb. Lakin onların bu kampaniyası separatçı rejimin “parlamentində” təmsil olunan üç partiya tərəfindən etirazla qarşılanıb.
Partiya bəyan edib ki, imzatoplama kampaniyasının başa çatması tarixi müəyyən edilməyib.
Separatçı rejimin “parlamentində” təmsil olunan “Azad Vətən”, “daşnaksutyun” və “Artsax (Dağlıq Qarabağ - red) demokrat partiyası” imzatoplama kampaniyasına qarşı birgə bəyanatla çıxış ediblər.
“Bəzi siyasi qruplar və ayrı-ayrı şəxslərin son zamanlar fəaliyyəti siyasi nəzakət sərhədini keçir, “bizim xalqımızın” “müstəqil dövlət” yaratmaq əməyinə məhəl qoyulmur”, - deyə bəyanatda bildirilir.
Lakin bəzi ermənilər “Sasna srer”in kampaniyasına açıq dəstək verib. Hazırda Qarabağın Ermənistana birləşdirilməsi, yaxud birləşdirilməməsi ilə bağlı ciddi qarşıdurma yaşanır.
Asif
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































