Paşinyan elə bir səhv etdi ki... - Ermənistanda koronavirus şoku
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan elə bir səhv etdi ki... - Ermənistanda koronavirus şoku

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır.

Publika.az
xəbər verir ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan Feysbuk səhifəsində 57 nəfərin virusa görə qarantinə salındığını yazıb.

“Dünən koronavirsa yoluxduğu təsdiq olunan şəxslərlə təmasda olanlar qarantinə salınıb. Ümumilikdə qarantində 57 nəfər var”, - Torosyan bildirib.

Xatırladaq ki, Ermənistan ordusunda da virusa yoluxma hallarının olduğu, lakin bu məlumatların gizlədildiyi deyilir.

Baş nazir Nikol Paşinyan isə dünən Feysbuk səhifəsində Ermənistanda 3 şəxsin koronavirusa yoluxduğunu açıqlamışdı.

“Onlardan ikisi 45 və 27 yaşlarında olan Ermənistan vətəndaşlarıdır. Digəri isə 51 yaşında olan italiyalıdır. Hər üçü İtaliyadan gəlib. Ermənistan vətəndaşlarının birinin heç bir şikayəti yoxdur, digərində isə pnevmoniya diaqnozu qoyulub”, - o bildirib.

Ermənistanda vətəndaşlar İtaliya ilə uçuşların dayandırılmadığı üçün Paşinyanı tənqid edirlər.

N.Paşinyan cavabında bildirib ki, bu məsələni bir neçə dəfə müzakirə ediblər: “Lakin nəticəyə gəldik ki, virusun potensial daşıyıcıları İtaliyanın qonşu ölkələrindən – Fransa, Avstriya və Avropa İttifaqının digər ölkələrindən Ermənistana gələ bilərlər. Bu məntiqə görə biz həmin ölkələrlə uçuşları dayandırdıq. İndi isə aviaşirkətlərin özləri İtaliya ilə uçuşları dayandırıb”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm