Cənubi Qafqaz
Nikita Simonyan: "Azərbaycanlılarla dil tapmalıyıq, yoxsa..."
"Ermənilər və azərbaycanlılar futbol mövzusunda qarşılıqlı razılaşma əldə etməlidirlər".
Publika.az xəbər verir ki, bunu İrəvanın "Ararat" komandasının sabiq məşqçisi, SSRİ-nin əməkdar məşqçisi Nikita Simonyan deyib.
Bu barədə Rusiya Erməniləri Birliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, sabiq məşqçi həmvətənlərini azərbaycanlılarla sülh və barışığa səsləyib: "Bir erməni olaraq, əlbəttə ki, xalqımın və ölkəmin çiçəklənməsini istəyirəm. Buna görə də həmsərhəd qonşularımızla ümumi dil tapmağı vacib hesab edirəm. Futbol sahəsində uduzan və qalib gələn olmayacaq. Sadəcə futbol qazanacaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın paytaxtı Moskvanın ən böyük topdan və pərakəndə satış bazarı "Fud Siti"yə erməni məhsulları daşıyan yük maşınlarının qəbuluna icazə verilməmişdi. Bir neçə gün sonra isə "Eviniz" ticarət şəbəkəsi erməni mallarını qəbul etməkdən imtina etmişdi. Onsuz da, çətin iqtisadi şərait və yoxsul sosial həyat sürən ermənilərin məhsullarının kütləvi şəkildə boykotu onları daha da pis vəziyyətə salmışdı. Buna görə də Ermənistan rəsmiləri, diplomatları və ziyalıları soydaşlarını Azərbaycana və vətəndaşlarına qarşı daha diqqətli davranmağa, təxribat törətməməyə çağırır.
Zümrüd
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...













.jpg)









.jpg)






.jpg)







.jpg)