Cənubi Qafqaz
Ermənistanın ordusu yoxdur, onlar silahlı şəxslərdir - Andranik Koçaryan
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan qanunverici orqanın tribunasında ölkənin Müdafiə Nazirliyinin Qarabağ müharibəsindəki əməliyyatları haqqında növbəti dəfə aşağılayıcı fikirlər səsləndirib.
Publika.az xəbər verir. Parlamentin komissiya sədri bildirib ki, Ermənistan ordusu mövcud deyil. "Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir", - deyə Andranik Koçaryan qeyd edib.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə öz növbəsində deputatın fikirlərinə qəti etiraz edib: "Biz müharibə dövründə ordunun rolunu bu qədər çox kiçiltməyə çalışmasını Koçaryanın vicdanının öhdəsinə buraxırıq".
Nazirlik bildirib ki, bu açıqlama minlərlə erməni hərbçi üçün təhqirdir.
"Əgər Koçaryan həqiqətən belə düşünürsə, onda Müdafiə Nazirliyi əsgərdən zabitədək hərbçilərin qarşısında üzr istəməsi şərtilə onu Ermənistan ordusunda məmnuniyyətlə müşayiət edəcək. Hər kəs qarşısında", - nazirliyin bəyanatında deyilir. / "Report"
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

