Ermənistan DƏHŞƏT İÇİNDƏ: 1 aydan sonra tamamilə... - ŞOK DETALLAR
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan DƏHŞƏT İÇİNDƏ: 1 aydan sonra tamamilə... - ŞOK DETALLAR

““Fitch Ratings” beynəlxalq agentliyi 3-4 ay bundan əvvəl Azərbaycanın büdcəsi haqqında öz proqnozunu səsləndirəndə reallıqlar tam müəyyən edilə bilmirdi”.

Publika.az xəbər verir ki, bunu deputat Azər Badamov “Fitch Ratings” agentliyinin Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 5,7% təşkil edəcəyini proqnozlaşdırmasına münasibətini ifadə edərkən qeyd edib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərərlərin aradan qaldırılması istiqamətində görülən işlər büdcə kəsirinin hesablanmasına imkan vermirdi: “Amma biz dövlət büdcəsinə yenidən baxdıq, müəyyən düzəlişlər etdik və dövlət büdcəsinin kəsirinin nə qədər olacağı haqqında tam mülahizəmizi irəli sürdük. Büdcəmizə yenidən baxıldıqdan sonra həm gəlirlər, həm də xərclər hissəsində edilən dəyişikliklər günün reallıqlarına uyğunlaşdırıldı. Gəlirlər hissəsindən əlavə, gəlirlərin transfer olması nəzərdə tutuldu və bu da büdcə kəsirinin minimuma enməsinə imkan yaradır. Reallıq odur ki, müəyyən olunmuş büdcə qanuna uyğun icra olunur və büdcəmiz böyük kəsirlə qarşılaşmayıb. Yəni müəyyən olunmuş proqnozlar özünü doğruldub. Bu gün “Fitch Ratings” agentliyinin də açıqladığı kimi, dövlət büdcə kəsirinin aşağı həddə enməsi aparılan dövlət büdcə siyasətinin düzgün olduğunu göstərir”.

“Təbii ki, dövlət büdcəsində biz neftin qiymətini də dürüstləşdirdik. Neftin qiymətinə dəyişiklik edəndən sonra tam reallığa uyğunlaşdı və bu gün artıq neftin qiyməti dövlət büdcəsində o qədər də yüksək nəzərdə tutulmayıb, 55 dollar idi, 45 dollara endirdik. “Qara qızıl”ın qiyməti də reallığa uyğundur və bu da böyük büdcə kəsiri yaranmasına imkan vermir”, - deputat əlavə edib.

A.Badamov bildirib ki, dövlət büdcəsində nəzərdə tutulmuş gəlirlərin əhatə olunması və tam qaydada gəlirlərin gəlməsi əlavə borcların əmələ gəlməməsinə gətirib çıxarıb: “Dövlətin gəlirləri kifayət qədər olduğundan xarici dövlət borcunun da şişməməsinə gətirib çıxarıb, hər şey plana uyğun davam edir. Yəni dövlət büdcəsinin gəlirləri də, xərcləri də müəyyən olunmuş şəkildə icra olunur və xarici dövlət borcumuz da artmayıb. Əsas məsələlərdən biri də dövlət borcumuzun artmaması və hər il azaldılmasına yönəlik siyasətin yürüdülməsidir. Əvvəlki illərdən fərqli olaraq pandemiyanın yayılması və iqtisadi azalmaların baş verməsi müəyyən qədər mənfi tendensiyaların olacağı haqqında fikirlər yaradırdı, amma nəticə ondan ibarətdir ki, iqtisadi azalma heç də o qədər çox olmadı. Bir çox iqtisadi ölkələrdə bu il iqtisadi azalmalar 10%-dən çoxdur, Azərbaycanda isə 4%-ə qədərdir. Yəni bu iqtisadi azalmaların yüksək olmaması xarici dövlət borcunun da artmamasına gətirib çıxarıb”.

A.Badamov Azərbaycan iqtisadiyyatı ilə Ermənistan iqtisadiyyatını da müqayisə edib: “Ötən ay Ermənistanın xarici dövlət borcunun ÜDM-ə nisbətdə 63,9% proqnozlaşdırılmasına baxmayaraq, bir tərəfdən pandemiyanın, digər tərəfdən də müharibənin vurduğu zərərlər bu ölkəni daha da acınacaqlı vəziyyətə salıb. Əgər ötən ay “Fitch Ratings” Ermənistanın xarici dövlət borcunu ÜDM-ə nisbətdə 63,9% proqnozlaşdırıbsa, artıq ilin sonuna 80%-i keçəcəyi proqnozlaşdırılır. Yəni bu ölkənin əlavə gəlir yeri yoxdur, xarici dövlət borcu qarşısındakı öhdəlikləri yerinə yetirə bilmir və bu öhdəlikləri yerinə yetirə bilmədiyindən həm borc üzrə dəbbələrin artmasına, həm də əlavə borcların yaranmasına gətirib çıxarır. Bu da ÜDM-in 80%-nə gətirib çıxaracaq. Yəni demək olar ki, Ermənistanın dövlət büdcəsi defolt vəziyyətindədir. Çünki qeyd etdiyim kimi, müharibənin vurduğu zərərlər və pandemiyanın təsirləri çox yüksəkdir. Ona görə dövlət büdcəsinin gəlirləri demək olar ki, sıfır dərəcəsinə enib. Sahibkarlıq subyektlərindən gəlirlər yox dərəcəsinə enib. Kiçik və orta sahibkarlıq Ermənistanda çox acınacaqlı bir duruma düşüb. Dövlət büdcəsində gələcək yığımların olmaması və dövlət borcunun ÜDM-ə nisbətdə kəskin artması ölkə iqtisadiyyatının defolt vəziyyətini daha da yaxınlaşdırır”.

Qeyd edək ki, “Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın dövlət büdcəsinin kəsirini iyul ayında ÜDM-in 6,8%-ə nisbətində proqnozlaşdırmışdı, hazırda isə 5,7% proqnozlaşdırıb. Agentliyin ölkənin dövlət borcu üzrə gözləntiləri isə dəyişməyib və proqnoz ÜDM-in 23% səviyyəsində saxlanılıb.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm