Cənubi Qafqaz
Erməni xalqı küçələri bağladı - Paşinyan gedənə qədər...
Ermənistanda müxalifətin hökumət əleyhinə kütləvi etirazları yenidən başlayıb.
Publika.az xəbər verir ki, nümayişçilər küçələri bağlayaraq nəqliyyatın hərəkətinə mane olub.
Fəallar "Nikolsuz Ermənistan" şüarları səsləndirir.
Daşnaksütyun Partiyasının üzvü Gerasim Vardanyanın sözlərinə görə, etiraz aksiyaları Nikol Paşinyan və komandası hakimiyyətdə olduğu müddətcə davam edəcək.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanın namizədliyini irəli sürüb. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir.
Öz növbəsində, hökumət ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il növbədənkənar parlament seçkilərinin təşkili təklifi ilə çıxış edib. Müxalifət qüvvələri onların nəticələri saxtalaşdıracağına inanaraq bu seçimlə razılaşmayıb. Nəticədə Paşinyanın komandası erkən seçki fikrindən imtina edib.
Zümrüd
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































