Cənubi Qafqaz
Gürcüstan Azərbaycandan turist cəlb etməyə başladı
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ölkənin aparıcı turoperatorları ilə görüş keçirib.
Publika.az xəbər verir ki, Səfirlikdə baş tutan görüşdə AZAL-ın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr üzrə departament rəhbəri Sevinc Zeynallı, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev iştirak edib.
Z.Patardze ilk öncə iki ölkə arasında martın 19-dan Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşların bərpası barədə razılığın əldə edildiyini bildirib.
Diplomat Gürcüstanın turizm sektorunda hazırkı vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Gürcüstanın da turizm sahəsinə ciddi zərər vurub, lakin son zamanlar ölkədəki epidemioloji vəziyyət bu sahəni canlandırmağa imkan verir.
Z.Pataradze Gürcüstanda artıq qış kurortlarının açıldığını, mehmanxana və restoranların da fəaliyyətlərini bərpa etdiyini qeyd edib.
Səfir Gürcüstanda martın 15-dən vaksinasiyanın ilk mərhələsinə başlanıldığını və prosesin uğurla davam etdirildiyini diqqətə çatdırıb. O həmçinin Gürcüstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi və birgə turizm paketlərinin hazırlanmasının önəmi barədə danışıb.
Z.Pataradze Azərbaycan vətəndaşlarının Gürcüstana daxil olması ilə bağlı şərtlər barədə də görüş iştirakçılarını məlumatlandırıb.
AZAL nümayəndəsi tədbir iştirakçılarını Bakı-Tbilisi-Bakı reyslərinin cədvəli və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tətbiq olunan qaydalarla tanış edib.
Görüş daha sonra sual-cavab formatında davam etdirilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu