Cənubi Qafqaz
Yerevanda və onun ətrafında həyat şəraiti “ortadan da aşağı” səviyyədədir - Rusiya KİV
Ermənilər qazanc dalınca kütləvi şəkildə Rusiyaya üz tuturlar.
Bu barədə “Moskovskiy komsomolets” nəşrində dərc olunan məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Ermənistanın müasir müstəqil dövlət kimi mövcud olduğu 30 il ərzində sakit və bolluq illərini barmaqla saymaq olar. 1990-cı illərin əvvəllərində Ermənistan əhalisinin sayı 3,5 milyon nəfər olduğu halda hazırda əhalinin sayı 2,9 milyon nəfərədək azalıb.
Respublika sakinlərindən Gevorq adlı biri məqalə müəllifi ilə söhbətində bildirir ki, Qarabağ uğrunda müharibədə məğlubiyyətdən sonra mal-qara sahiblərinin əksəriyyəti narahatlıq keçirir, çünki mal-qaranı otarmağa yer olmadığından onlar tələf olur. Əvvəllər bunu Qarabağda edirdilər, indi Ermənistanda hər şey bahalaşıb.
Ermənistanın əməkqabiliyyətli əhalisinin qalan hissəsi əmək miqrasiyasına məcbur olub. Məsələn, respublikanın Şirak vilayətində kişilərin 70 faizi Rusiyada işləyir. Qadınlar uşaqları tərbiyə etmək və ev-eşiyə baxmaqdan ötrü qalırlar. Ailələr qışda 2-3 aylığa bir araya gəlir, muzdla çalışan ailə başçıları Yeni ili və uşaqların qış tətilini onlarla birgə keçirirlər. Fevralın sonlarında onlar yenidən Rusiyaya qayıdırlar. Bax beləcə təqribən 500 min erməni “səyahət edir”.
Yerevanda və şəhərətrafı zonada yaşayan sakinlərlə söhbətdən sonra məqalə müəllifi belə qənaətə gəlib ki, bu insanların həyat səviyyəsinin “orta həddən aşağı” kimi müəyyən etmək mümkündür.
Müəllif yazır: “Məsələn, kəndlərdə sürüşmə zonalarında yaşayan erməniləri görmək olar, çünki həmin yerlərdə torpaq məhsuldardır. Hər neçə ildən bir təbii fəlakət onların evini dağıdır, onlar isə yenə də həmin yerlərdə ev tikirlər. Çünki acından ölməmək və hansısa ehtiyatı tutmaqdan ötrü öz sahələrində kifayət qədər məhsul yetirşdirmək mümkündür”.
Moskvadan Yerevana köçən Anna qəzetin müxbiri ilə söhbətində bildirib ki, əvvəllər o, oğlunu orduya xidmətə göndərməyi planlaşdırırdı. İndi isə o başa düşmür ki, İkinci Qarabağ müharibəsində insanlar nədən ötrü həlak olub. Anna deyib: “Ölkə kiçikdir və sən daim elə hisslə yaşayırsan ki, sabah müharibənin artıq Ermənistan ərazisində başlana biləcəyinə heç kim zəmanət verməyəcək”.
Məqalədə deyilir ki, ölkədə məmur özbaşınalığı ilə bağlı böyük problem yaşanır. İş o yerə çatıb ki, hətta Qarabağa könüllü döyüşə yollananlar dövlətdən yardım ala bilmirlər, çünki onların statusu qanunda nəzərdə tutulmayıb. Müvafiq olaraq, onlar müalicə xərclərini özləri çəkir və Ermənistandakı sosial-iqtisadi vəziyyət nəzərə alınarsa, bu, həddən artıq çətin başa gəlir.
Müəllif daha sonra yazır ki, yerli sakinlərin fikrincə, ölkədə korrupsiya baş alıb gedir. Məsələn, Yerevan sakini Vaqan deyir: “Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yalnız ilk bir neçə ay ərzində korrupsiya azaldı. Sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı. Təkcə yol polisləri rüşvət götürmür... Düzdür, onlar ümumiyyətlə bir iş görmürlər – yollarda hərc-mərclikdir. Belə ki, hər kəs rüşvət alır: vergi, gömrük, şəhər hakimiyyət orqanları... Əsasən, necə deyərlər, “işləri tezləşdirmək” üçün pul alırlar, lakin bizdə yuxarı dairələrdə də korrupsiya qalmaqalları az deyil”. (azərtac)
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO



































