Cənubi Qafqaz
Ermənistanda korrupsiya zəlzələsi - Yüksək vəzifəli şəxslər həbs edildi
Ermənistanda iki dövlət qurumunun vəzifəli şəxslərinin iştirakı ilə böyük korrupsiya qalmaqalı üzə çıxıb.
Publika.az xəbər verir ki, Ermənistanın NEWS.am nəşri noyabrın 16-da saxlanılmalar barədə məlumat yayıb. Daha sonra ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı rəsmən təsdiqləyib.
Dövlət Gəlirləri Komitəsinin və Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin əməkdaşları saxlanılıblar.
Komitənin açıqlamasına görə, cinayət işi bir qrup vəzifəli şəxsin 20 milyon dram məbləğində rüşvət alması və verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, həmçinin xüsusilə külli miqdarda vergidən yayınma faktları ilə bağlı başlanıb.
NEWS.am-ın əldə etdiyi məlumata əsasən, saxlanılanlar arasında Məcburi İcra Xidmətinin şöbə rəislərindən biri də var. Lakin həmin şəxsin adı və soyadı hələlik açıqlanmayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan da saxlanılmaları təsdiqləyib. O, istintaqın bir neçə vəzifəli şəxsi əhatə etdiyini bildirib.
Bununla yanaşı, Ermənistanın Məcburi İcra Xidməti açıqlama yayaraq saxlanılan əməkdaşının əməllərinin onun xidməti fəaliyyəti ilə bağlı olmadığını bildirib.
Saxlanılanların dəqiq sayı, şəxsiyyətləri və cinayət işinin digər təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayıb. (Musavat.com)
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 16 Noyabr 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 16 Noyabr 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya16 Noyabr 15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 16 Noyabr 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB16 Noyabr 14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika16 Noyabr 13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı





































.jpg)