Cənubi Qafqaz
Paşinyanın müavini AÇIQLADI: bu dəmir yolunun...
"İrəvan və Bakı Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində Ermənistan tərəfinə Ermənistanın dəmir yolu şəbəkələrinə qoşulmaq fürsəti verəcək Arazdəyən-Horadiz dəmir yolunun açılması imkanlarını İran və Gürcüstanın müvafiq strukturları ilə müzakirə edirlər".
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində hökumət saatında çıxış edən baş nazirin müavini Mher Qriqoryan deyib.
"Dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma formalaşıb. Danışıqlarımız Arazdəyən-Horadiz xəttinə aiddir. Bu hissə ona görə vacibdir ki, Arazdəyəndən İranla əlaqə yaratmağa imkan verir və Gürcüstan dəmir yolu ilə əlaqəsi var. Beləliklə, bu dəmir yolu xətti regional əhəmiyyətə malikdir.”, - deyə o qeyd edib.
Çərşənbə axşamı Qriqoryan TASS-a müsahibəsində deyib ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların açılması üzrə işi artıq razılaşdırılmış fundamental prinsiplər çərçivəsində davam etdiriləcək.
Xatırladaq ki, dekabrın 1-də Moskvada Ermənistan, Azərbaycan və Rusiya Federasiyası baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun sonuncu görüşü keçirilib.
Hüseyn
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









