Cənubi Qafqaz
Gürcüstan-Rusiya avtomagistralı bağlandı
Yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı bağlanıb.
Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.
Məlumatda deyilir ki, Mtsxeta-Stepantsminda-Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Minik avtomobilləri isə yol polisinin nəzarəti altında hərəkət edə bilir.
Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir.
Tural Turan
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)