Cənubi Qafqaz
Qisas Ermənistanı məhv edəcək: İrəvanda Əliyevi dəstəklədilər - FOTO
Ermənistan üçün Qarabağa görə qisas almaq məhvə aparan yol deməkdir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri, “mülki müqavilə” fraksiyasının deputatı Gevorq Papoyan deyib.
Paşinyanın deputatı qeyd edib ki, Ermənistanın qisas almaq fikri yoxdur: “Sülh müqaviləsi haqda düşünən xalq qisas haqqında düşünməməlidir. Sülh müqaviləsi də qisas olmayacağı anamına gəlir, əks halda sülhdən söhbət gedə bilməz. “İntiqam almaq” Ermənistan üçün bir dövlət kimi məhv olmaq deməkdir. Ermənistanın güclənməsi qonşuları ilə dialoq yolu üzərindən baş verəcək”.

G. Papoyan istisna etmir ki, xarici qüvvələr Ermənistanda “revanşist” ritorika və əhval-rughiyyəni qızışdırır: “Biz üçüncü qüvvələrin əlində silaha çevrilməməliyik”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı bu məsələyə toxunub və qeyd edib ki, Ermənistan zəmanət verməlidir.
“Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”, - Prezident vurğulayıb.
Asif
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir



































.png)