Cənubi Qafqaz
İrəvanda borc üstündə "RAZBORKA": iki zabit bıçaqlandı, Davit öldü
Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında Ermənistan Müdafiə Nazirliyinin zabitləri ilə mülki şəxslər arasında bıçaqlanma baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
Əldə edilən məlumata görə, mübahisənin predmeti pul, borc və tələb olub.
"Razborka"da 8 nəfər iştirak edib, onlardan 4-5-i hərbçi olub. Söhbət zamanı borclu şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib, sonra özü ilə gətirdiyi bıçaqla kreditora, Müdafiə Nazirliyinin istefada olan zabiti Gevorq Marqaryana və zabit, baş leytenant Davit Sayadyana ağır bədən xəsarətləri yetirib.
Həmin gün təcili yardım maşını Gevorq Marqaryan və Davit Sayadyanı “Müqəddəs Qriqor Lusavoriç” tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb, Davit xəstəxanaya çatdırıldıqdan az sonra dünyasını dəyişib.
İstintaq zamanı hadisənin iştirakçılarının dairəsi üzə çıxıb. Hadisədə iştirak edən şəxslərin, o cümlədən cinayəti zahirən törətmiş şəxsin müəyyən edilərək prosesi həyata keçirən orqana təqdim edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hüseyn İbadlı
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək






































