Cənubi Qafqaz
Paşinyanla Putinin Bakıya görə “qırmızı xətt” davası - Açıq qarşıdurma başladı
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin “Qarabağın Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb” sözlərinə cavab verib və Moskvanı sərt şəkildə tənqid edib.
Publika.az xəbər verir ki, Paşinyan Putinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu haqda əvvəlki bəyanatlarını, eləcə də Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda sənədləri xatırladıb.
Daha sonra 2021-ci ildən etibarən sərhəddə baş verən toqquşmalar zamanı Rusiya və KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyini, Ermənistanı “müdafiəsiz” qoyduğunu bildirib.
“Biz deyirik ki, KTMT-nin məsuliyyət zonasını düzəldin. Ermənistan KTMT-nin üzvüdür, hə? Ermənistan Respublikası KTMT-nin məsuliyyət zonasıdır, dəqiləşdirin, o məsuliyyət zonası nədir? Çünki bizdə elə vəziyyət yaranıb ki, həmin məsuliyyət zonası pozulub, biz bu anlayışı irəli sürmüşük. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistanın suveren ərazisi KTMT və Rusiya üçün “qırmızı xətdir”. “Qırmızı xətt” pozulub deyirik, deyirlər xeyr, pozulmayıb. Deyirik ki, yaxşı: bu kağız, bu da qələm, dediyiniz “qırmızı xətti” çəkin, göstərin haradan keçdiyini? Deyirlər ki, biz bunu çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda “qırmızı xəttiniz” yoxdur”, - erməni baş nazir bildirib.
Nikolun Ermənistan İctimai televiziyasına verdiyi müsahibənin əsas notları Rusiyanın ittihamına yönəlib, xüsusilə Moskvadan İrəvana ünvanlanan tənqidlərə cavab xarakteri daşıyır və sərtliyi ilə seçilir. Erməni baş nazirin Moskvanı indi – Rusiyaya səfərdən öncə tənqid etməsi diqqət çəkir. Dekabrın 25-26-sı tarixlərində Paşinyan Avrasiya İqtisadi İttifaqı və MDB iclaslarında iştirak etmək üçün Sankt-Peterburqa gedəcək. Bu, Moskva-İrəvan gərginliyi fonunda uzun müddətdir Rusiyaya səfərdən imtina edən erməni baş nazirin ilk səfəridir və səfər zamanı qeyri-rəsmi təmaslarda Paşinyandan anti-Rusiya siyasətinin səbəbləri haqda da soruşacaqlar. Bu baxımdan, onun səfərdən öncə Rusiyanı ittiham edən açıqlamalar verməsi suallar yaradır. Mümkündür ki, Nikol bununla özünəməxsus formada manevrlər edir: bir tərəfdən Sankt-Peterburqa səfəri öncəsi Qərbə hələ də anti-Rusiya mövqeyinə sadiqliyini nümayiş etdirir, digər tərəfdən, erməni ictimai rəyini Rusiyaya qarşı kökləməklə Sankt-Peterburqda əlini gücləndirmək gedişi edir;
Baş verənlər Moskva-İrəvan xəttindəki gərginliyin Putin-Paşinyan səviyyəsində açıq qarşıdurmaya keçdiyini deməyə əsas verir.
Asif
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO