Cənubi Qafqaz
Qərbin Ermənistandan şok tələbi: Paşinyan indi də bu planı işə salıb
Qərb Avrasiya İqtisadi İttifaqdan (Aİİ) çıxması üçün Ermənistana təzyiq göstərir.
Publika.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
“Hətta Ermənistan hakimiyyət orqanlarının daim Aİİ bazarının ölkənin ixracının həcmi üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləməsinə baxmayaraq, bizdə olan məlumata görə, daxildə tamamilə fərqli münasibət var. O cümlədən, mənbələrimiz iddia edir ki, Nikol Paşinyan komandaya dəfələrlə eyham vurub ki, Qərbdən Aİİ-dən çıxmaq üçün açıq təzyiqlər var və o, bu tələblərə sadəcə əl yelləməklə kifayətlənmir. Paşinyan digər addımlarında olduğu kimi bu məsələdə də məsələni xalqın “cibinə” atmağa, hadisələri elə təşkil etməyə çalışacaq ki, onlar bir daha desinlər: “Yaxşı, mən nə edə bilərdim? Bunu qürurlu vətəndaş tələb edir”.
Üstəlik, yaxın gələcəkdə onların nəinki yeni anti-Rusiya dalğaları yaradacaqları, həm də ayrı-ayrı “qaynar ocaqları” bu məntiqlə istiqamətləndirməyə çalışacaqları barədə məlumatlar var.
Həmsöhbətlərimizdən birinin dediyinə görə, dünən Martuni sakinləri tərəfindən Martuni-Qavar avtomobil yolunun bağlanması bu ssenariyə uyğunlaşdırılıb. Hakimiyyətə qarşı təşkil olunmuş aksiya təsadüfi deyildi, səsləndirilən tezislərin əksəriyyəti anti-Rusiya və anti-Aİİ idi”, - nəşr yazıb.
Murad
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin225 Aprel 18:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq25 Aprel 17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış






































