Cənubi Qafqaz
Moskva Paşinyanın bu sözlərinə görə İrəvandan izahat tələb etdi
Moskva İrəvandan Ermənistanın baş naziri Nikol Paşinyanın respublikanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanatlarına aydınlıq gətirəcəyini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Moskva Ermənistan baş nazirinin “bəyanatlarının arxasında nəyin dayandığını” bilmək istəyir.
“Biz Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsində və təşkilatın özündə “iştirakının dondurulması” ilə bağlı bəyanatlarının arxasında nəyin dayandığı barədə ikitərəfli kanallar vasitəsilə hərtərəfli izahat gözləyirik” , - deyə Rusiya XİN vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan Ermənistanın KTMT- də iştirakının hazırda dondurulduğunu bəyan edib. O bildirib ki, Ermənistanda Rusiyanın hərbi bazasının saxlanması məsələsi də gündəmdə deyil. Paşinyan xatırladıb ki, 1991-ci il Alma-Ata Bəyannaməsi onu imzalayan bütün keçmiş SSRİ respublikalarına, o cümlədən bir-birinin sərhədlərini tanıyan Rusiya və Ukraynaya şamil edilir.
Bundan əvvəl Paşinyan Rusiya Federasiyasını Ermənistan qarşısında götürdüyü öhdəlikləri pozmaqda ittiham edib.
Murad
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO








.jpg)

























