Cənubi Qafqaz
İrəvanda “itmiş xəritə"ni axtarırlar: Ermənistanın sərhədlə bağlı sensasiyalı səhvi
Ermənistanda sərhəd xəritələri ilə bağlı ciddi problem yaranıb.
Publika.az xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyi Tavuşun Kirants kəndinin bəzi sakinlərinə yanlış məlumatlar əsasında daşınmaz əmlakın kadastr şəhadətnaməsinin verildiyini açıqlayıb.
Bu açıqlamadan sonra Ermənistan mediası ölkə ərazisinin Alma-Ata bəyannaməsinə əsasən müəyyən edilmiş sərhədlərinin Kadastr Komitəsindəki xəritələrə uyğun olub-olmadığını aydınlaşdırmağa çalışıb.
“Sputnik Ermənistan” məsələ ilə bağlı Ermənistan baş nazirinin müavini, sərhədin demarkasiyası komissiyasına rəhbərlik edən Mher Qriqoryanın ofisinə soğru göndərib. Cavabda Kadastr Komitəsinə müraciət etməyi tövsiyə ediblər.
Kadastr Komitəsi isə bunun onların səlahiyyətində olmadığını açıqlayıb. Komitə qeyd edib ki, 2005-2008-ci illərdə hökumətin təşəbbüsü ilə kadastr kartoqrafiya işləri aparılıb.
“Bu iş müvafiq ixtisasa malik hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilib. İşin mənbəyini qrafiklər, hüquqi sənədlər, müxtəlif xəritələr, torpaq və şəhərsalma sənədləri, baş planlar, geodeziya koordinatları təşkil edib. Kadastr Komitəsinin elektron xəritəsi də Komitənin elektron xidmətlərinin kartoqrafik moduludur. Buraya kartoqrafik məlumatlardan yaradılmış və hazırda istifadə olunan xəritələr daxildir”, - komitə bildirib.
Xəritələrlə bağlı yaranmış bu çaşqınlığın mənbəyini Alma-Ata bəyannaməsi təşkil edir. Bu bəyannamədə sərhədin delimitasiya-demarkasiya edilməsi, eləcə də bunun hansı prinsiplə, yaxud hansı xəritə ilə edilməsi qeyd olunmur. Ermənista mediasının “ölkə ərazisinin Alma-Ata bəyannaməsinə əsasən müəyyən edilmiş sərhədləri” ifadəsi də, bu istiqamətdə apardığı araşdırmalar da yanlışdır, çünki bəyannamə sərhədləri müəyyən etməyib. Ermənistan Kadastr Komitəsindəki xəritələrin uyğunsuzluğu da buradan qaynaqlanır.
Asif
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial28 Noyabr 19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman28 Noyabr 18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi






.jpg)











.jpg)







.jpg)








