Cənubi Qafqaz
Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
2023-cü ildə Xankəndidən İrəvana qaçan və hələ də separatçı fəaliyyəti davam etdirən Samvel Şahramanyan yoxa çıxıb.
Publika.az xəbər verir ki, Ermənistan siyasətində qondarma “artsax” məsələsi ətrafında ehtirasların qızışdığı vaxt Qarabağda keçmiş qondarma rejimin sonuncu “rəhbəri” olmuş Şahramanyanın mövqe bildirməməsi erməni mediasında müzakirəyə səbəb olub.
“Hraparak” nəşri yazır ki, Şahramanyan son dövrlər heç bir prosesə qoşulmur, hətta martın 29-da “Qarabağ ermənilərinin” sosial problemlərlə bağlı mitinqində iştirak etməyib.
Nəşrin əldə etdiyi məlumata görə, keçmiş qondarma rejimin İrəvanda hələ də fəaliyyət göstərən saxta “deputatları” ilə Şahramanyan arasında ciddi qarşıdurma baş verib. Şahramanyan “Qarabağ ermənilərinin” problemlərinə laqeyd yanaşmaqda ittiham edilir.
“Bəllidir ki, Ermənistan hökuməti Qarabağdan gələnlərin bir qismini qorxutmaq və hədələməklə, digər qismini isə şirnlikləndirməklə etirazlardan yayındırmaq üçün əlindən gələni edir. (Qondarma) “Qarabağ parlamenti” bu yaxınlarda sessiya çağırıb və (qondarma “artsax”) prezidentin və parlamentin səlahiyyətlərini genişləndirən (qondarma) konstitusiya dəyişiklikləri layihəsini qəbul edib. Həmin sessiyadan əvvəl ehtiraslar yüksək idi.
Araik Arutyunyanın rəhbərlik etdiyi “Azad vətən” fraksiyasının deputatları müxalifəti ittiham edib ki, Qarabağ xalqının problemləri Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqələndirilməməlidir, bunu siyasiləşdirmək olmaz. Radikal qanad isə hesab edir ki, sosial problemlərlə yanaşı, siyasi mübarizə, məhbusların qaytarılması (Bakıda həbsdə olanlar-red), Qarabağa qayıtmaq kimi məsələlər də irəli sürülməlidir.
Paşinyana yaxın olanlar isə yalnız sosial problemlərin irəli sürülməsini istəyir. Bunu ən çox gündəmə gətirənlər arasında vaxtilə Anna Akopyanın “Erato” dəstəsinin (44 günlük müharibədə erməni qadınlardan ibarət batalyon-red) üzvləri olmuş Eleonora Avenesyan və Arevik Petrosyan da var. Samvel Şahramanyanın fəaliyyəti isə anlaşılmazdır. O, nəinki gizli fəaliyyətə keçib, həm də yenidən (qondarma) “artsax prezidenti” olmaq istəyib- istəmədiyi məlum deyil. Əldə etdiyimiz məlumata görə, Şahramanyanın qəribə davranışı təsadüfi deyil. O, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın birbaşa özü tərəfindən “kurasiya olunur” və onun tapşırıqlarına uyğun hərəkət edir. Abazyanın Şahramanyana nə vəd etdiyini, yaxud onu necə “nəzarət altında” saxladığını söyləmək çətindir, lakin onun öz “vəzifəsini” icra etmədiyi faktdır”, - nəşr yazıb.
Asif
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ














.jpg)




.jpg)











.png)
