Cənubi Qafqaz
Azərbaycan Göyçə istiqamətində irəliləyib? - Ermənistanı qarışdıran XƏRİTƏ
Ermənistanda Azərbaycan ordusunun Geqarkunik (Göyçə) istiqamətində yeni post qurduğu iddiaları geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu iddia hələ ötən ilin sentyabrında “Postvoyna” teleqram kanalında ortaya atılmışdı. Ermənistanın keçmiş ombudsmanı, “Birlik qanadları” siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyanın həmin vaxt mətbuat konfransı keçirərək, məsələni gündəmə gətirmişdi. Ermənistan müdafiə naziri Suren Papikyan isə parlamentdə çıxışı zamanı Tatoyanın yalan danışdığını bildirmişdi.
“Birlik qanadları” siyasi təşəbbüsü iddianı yenidən gündəmə gətirib. Anti-sülh mövqeyi ilə tanınan bu birliyin üzvləri iddia edirlər ki, əllərində Azərbaycanın yeni mövqelər əldə etdiyini sübut edən pyek görüntülər var.
Birliyin üzvü Narek Paronyan jurnalistlərə açıqlamasında iddia edib ki, Geqarkunik, eləcə də Sotk (Söyüdlü) və Vardenis (Basarkeçər) istiqamətindəki mövqelərdə dəyişikliklər olub.
“Azərbaycan ordusu Geqarkunik istiqamətində yeni post qurub. Bununla yanaşı, Sotk qızıl yatağı və Vardenis istiqamətində 8 kənd onların vizual nəzarəti altındadır. Müdafiə Nazirliyi bunu təkzib etsə də, peyk görüntülərinin araşdırılması zamanı faktlar ortaya çıxıb. Hər şey görüntülərdə təsdiqlənir, bunu təkzib etmək mümkün deyil”, - o deyib.
Daha sonra jurnalistlərə göstərdiyi peyk görüntülərini Müdafiə Nazirliyinə təqdim edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məsələyə aydınlıq gətirib. Torosyan müxalifətin peyk görüntülərini təqdim etdiyi “Azərbaycan ordusunun yeni postu”nun mövcudluğunu təsdiq edib, lakin qeyd edib ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən bu mövqe Ermənistan ərazisində yerləşmir.
“Məlumat səhvdir. “Google Earth” peyk xəritələri dövət sərhədinin müəyən edilməsi üçün hüquqi əsas ola bilməz. Bu xəritələrdə ciddi səhvlər var”, - o bildirib.
Torosyan bildirib ki, Ermənistan dövlət sərhədini müəyyən edərkən, SSRİ Baş Qərargahının 1975-ci il tarixli 1:100.000 miqyaslı topoqrafik xəritələrindən istifadə edir. O, bu xəritələrin hüquqi qüvvəyə malik olduğunu və müvafiq dövlət qurumları tərəfindən təsdiqləndiyini qeyd edib. Əlavə edib ki, müxalifətin yaydığı görüntülərdəki “mavi nöqtəli xətt” Azərbaycan ordusunun yeni mövqeyini göstərir, lakin bura Azərbaycanın ərazisidir.

Ermənistan Müdafiə Nazirliyi SSRİ Baş Qərargahının 1975-ci il topoqrafik xəritəsinin ekran görüntüsünü də yayıb.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO


































.jpg)


