Cənubi Qafqaz
Yalnız bu halda təhvil veriləcək - Paşinyan Azərbaycanla sərhəddən danışdı
Ermənistan və Azərbaycan yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, sərhədin 12 kilometrlik hissəsinin delimitasiya edildiyini, Ermənistan sərhəd qoşunlarının bu ərazidə xidmət etdiyini xatırladıb. Bildirib ki, qarşıdakı dövrdə bu proses davam edəcək və delimitasiya tamamlanacaq.
“Delimitasiya və demarkasiya nəticəsində Silahlı Qüvvələr döyüş mövqelərində yox, daimi dislokasiya ərazilərində xidmət edəcəklər. Onilliklərdir ki, onlar bizə məlum olan vəziyyətə görə şəraitin heç də yaxşı olmadığı səngərlərdə və mövqelərdə xidmət edirlər. Sərhəddəki güclü istehkamlar və müdafiə strukturları sərhəd qoşunlarına təhvil veriləcək, lakin bu, yalnız Azərbaycanla tamhüquqlu sülh şəraitində baş verəcək. Ermənistan bu istiqamətdə hər gün daha da inamla irəliləyir”, - o bildirib.
Paşinyan qeyd edib ki, Ermənistanın Gürcüstanla sərhədində də delimitasiya prosesinin aparılması gündəliyə daxildir.
Asif
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər















.webp)





















