Cənubi Qafqaz
“Sərhəddən geri çəkiləcəyik” - Simonyan qaytarılacaq əraziləri açıqladı
“Sərhədin delimitasiya prosesi Ermənistan ərazisinin azaldılmasını nəzərdə tutmur. Tərəflər razılaşdırılmış xətdən kənarda yerləşdikləri ərazilərdən geri çəkilməlidir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərin Azərbaycan anklavı olan Kərki kəndinin qaytarılması haqda sualına cavabında deyib.
Simonyan bildirib ki, delimitasiya sözü dəqiqləşdirilməlidir: “Harada irəlidə olsaq, geri çəkiləcəyik, onlar da (Azərbaycan-red) irəlidə olduqları yerdən geri çəkilməlidirlər. Sərhəd məsələsi iki ölkə arasında razılaşdırılmış qaydalarla tənzimlənir və bu qaydalar hər iki tərəf üçün məcburidir”.
O, Ermənistan ərazisinin 29.743 kvadratkilometr olduğunu vurğulayıb.
Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz olaraq irəli çəkmişdi. Sərhədin bərpası, o cümlədən, anklav ərazilərin – Kərki və Qazaxın üç kəndinin qaytarılması delimitasiya prosesində həll ediləcək. Simonyan “Ermənistan ərazisi azalmayacaq” sözləri ilə demək istəyir ki, “bizim olmayan əraziləri qaytaracağıq”.
Asif
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR





































