Cənubi Qafqaz
Zəngəzur dəhlizinin keçdiyi sərhəd bölgəsində hansı addım atılacaq? - İrəvan açıqladı
“Ermənistan və Azərbaycan dövlətlərarası sərhədin TRİPP layihəsinin (Zəngəzur dəhlizi) keçəcəyi hissəsində delimitasiya apara bilər”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat, parlamentin xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Sarqis Xandanyan bildirib.
Xandanyan qeyd edib ki, TRİPP layihəsi inşa ediləndə dəmir yolunun və ya neft-qaz kəmərlərinin çəkiləcəyi ərazilərdə qismən delimitasiya işlərinin aparılması mümkündür: “Yəni bəzi yerli ərazilər üçün delimitasiya məntiqi dəyişə bilər, lakin ümumi məntiq belədir ki, sərhədin müəyyənləşməsi şimaldan cənuba doğru aparılır”.
Ermənistan baş nazirinin müavini, delimitasiya komissiyasının rəhbəri Mher Qriqoryan da daha öncə TRİP layihəsinin keçəcəyi ərazilərdə sərhədin müəyyənləşdirilməsi istiqamətində addımların atıla biləcəyini açıqlamışdı.
Müəllif: Asif
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...


































.jpg)

