Cənubi Qafqaz
Musayevə görə İrəvanda çaxnaşma: Günahkar kimdir, hansı generallar qovulacaq?
Azərbaycan əsgəri Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsi İrəvanda siyasi-hərbi dalğalanmalara səbəb olub. Ermənilərin əsas müzakirə mövzusu Musayevin sərhədi keçməsi yox, bunun necə baş verməsidir. Məlumatlara görə, Musayev sərhədi heç bir maneə olmadan keçərək, Şaki kəndində iki gün qalıb, daha sonra saxlanılıb. Bu, Ermənistanda sərhəd təhlükəsizliyinin zəifliyini ortaya çıxarır.
Publika.az xəbər verir ki, Ermənistan hakimiyyəti sərhəd təhlükəsizliyinin zəifliyini etiraf edir.
Hakimiyyət komandasından məsələyə görə açıqlamaları əsasən parlamentin Müdafiə Komitəsinin sədri Andranik Koçaryan verir. Koçaryan etiraf edir ki, sərhədin mühafizəsində problemlər var.
“Sərhəd-keçid məntəqələrimizlə bağlı həll edilməli olan problemlər var. Biz istisna etməli olduğumuz reallıqla qarşılaşdıq. Çünki sərhədi keçən şəxs iki gün ərzində kənddəki evlərin birində qala bilib”, - o deyib.
Ermənistan müxalifəti Nəsimi Musayevin kəşfiyyatçı ola biləcəyi və qrup şəkilində sərhədi keçdikləri iddialarını irəli sürsə də, bununla bağlı heç bir əlamət yoxdur. A.Koçaryan da bunu təkzib edib. Bildirib ki, Azərbaycan əsgəri tək olub.
Musayev təhvil verilə bilər
O, Azərbaycan əsgərinin təhvil verilməsini istisna etməyib. Bildirib ki, hadisəyə görə cinayət işi açılıb və prosedur Cinayət-Prosessual Məcəlləyə uyğun həyata keçirilməlidir: “Əgər təhvil vermək zərurəti yaranarsa, bu, müəyyən bir qiymətə edilməlidir”. Koçaryan hadisəyə görə hansı qurumun günahkar olduğunu aydınlaşdırmayıb.
Lakin baş verən hadisəyə görə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor david Sanamyanı işdən çıxarıb. Sanamyanın əsas məsuliyyət sahəsi Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizəsinə nəzarət etmək idi.
Azərbaycan əsgəri sərhədi necə keçib?
“Fakt” qəzeti isə yazır ki, Azərbaycan əsgərinin keçdiyi sərhəd bölgəsi MTX-nın Sərhəd Mühafizəsinin məsuliyyət zonasına daxil deyil.
“Məsələyə topoqrafik faktlarla yanaşsaq, MTX Sərhəd Mühafizəsi qoşunlarının bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Çünki Azərbaycan əsrgəri sərhəd qoşunlarının mühafizə etdiyi ərazidən ən azı 50 kilometr məsafədəki bölgədən keçib”, - nəşr iddia edir.
Musayevə görə İrəvanda kimlər cəzalandırılacaq?
“Hraparak” nəşri Musayevə görə Ermənistanda cəzalandırılmaların davam edəcəyini yazır.
“Məsuliyyəti MTX-nın üzərinə qoysalar da, bu, həm də Müdafiə Nazirliyi də daxil olmaqla hüquq-mühafizə orqanları və təhlükəsizlik strukturlarının uğursuzludur. Çünki sərhədin pozulması ilə bağlı məlumat daxil olduqda bütün strukturlar əlaqələndirilmiş şəkildə işləməli, sərhəd pozucusunu bir neçə saat ərzində tapmalı idi.
Lakin bu edilmədi, hətta yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinə də məlumat verilmədi. Mənbəmiz bildirir ki, yaxın dövrdə Müdafiə Nazirliyində və hadisəyə lazımi şəkildə reaksiya verməyən digər strukturlarda işdən çıxarılmalar olacaq”, - nəşr qeyd edib.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













