Region
İstanbulda çay daşdı
İstanbulda yağan güclü yağış nəticəsində şəhərin Çatalca rayonunun Karamandərə ərazisindən axan çay məcrasından çıxıb. Daşqın nəticəsində küçələr və əkin sahələri su altında qalıb, dörd avtomobilə ziyan dəyib.
Publika.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, suyun yüksəlməsi “Karatepe Çıkmazı” küçəsində ciddi çətinliklər yaradıb.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunublar. Son məlumatlara əsasən, daşqın nəticəsində ərazidən 14 nəfər xilas edilib, daha 7 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Xilas edilənlər bölgədəki xəstəxanalara yönləndirilir.
Axtarış-xilasetmə işləri davam edir.
-
Ekologiya18:00Hidrometeoroloqlardan xəbərdarlıq - Temperatur 5-8 dərəcə enəcək
-
Magazin217:24Aktrisa 2,3 milyonluq saatı ilə gündəm oldu - FOTO
-
Magazin216:40Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR
-
Yaxın Şərq16:05Ərəb Koalisiyası husilərə qarşı hərbi əməliyyata başladı
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
-
MDB13:40Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
-
MDB13:33Zelenski: "Atəşi dayandırmağa və sülh danışıqlarına başlamağa hazırıq!"
-
Ekologiya12:59Sabahın hava proqnozu açıqlandı




































