Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR
Bizi izləyin

Magazin2

Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR

Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR

Britaniyalı aktrisa Kira Naytlinin 2007-ci ildə təqdim olunan “Kəffarə” filmində geyindiyi məşhur yaşıl libas “Christie’s” hərrac evində satışa təqdim olunacaq.

Publika.az xəbər verir ki, dizayner Jaklin Düran tərəfindən hazırlanan ipək libas dekabrın 9-da hərraca çıxarılacaq. Onun 100-120 min funt-sterlinqə (təxminən 223-267 min manat) satılacağı gözlənilir.

Filmin rejissoru Co Rayt libasın rəngini şəxsən seçib. Dərin dekoltesi, açıq kürəyi və yerə qədər uzanan ətəyi ilə seçilən libas ekran tarixinin ən məşhur geyimlərindən biri hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm