Tabloid.az
Ölməyən səs – Sara Qədimova – VİDEO
Bu gün Azərbaycanın klassik musiqi ifaçılarından biri olan Sara Qədimovanın doğum günüdür.
Publika.az-ın xəbərinə görə, Qədimova Sara Bəbiş qızı 1922-ci ildə may ayının 31-də Bakı şəhərində anadan olub.
Sara xanımın müğənni kimi yetişməsində Hüseynqulu Sarabskinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin böyük təsiri var.
1941-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. O, həmçinin 1957–1962-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, Leyli və Əsli (Ü.Hacıbəyov “Leyli və Məcnun”, “Əsli və Kərəm”) partiyalarını ifa edib.
Sara Qədimovanın repertuarına bütün Azərbaycan muğamları (“Rast”,
“Şur”, “Bayatı-Şiraz”, “Şahnaz”, “Qatar” və s.) Azərbaycan xalq və
bəstəkar mahnıları, Şərq xalqlarının mahnıları daxil idi.
Sara Qədimovanın AzTR Fondunda çox sayda səsyazıları qorunub
saxlanılır. Müğənni dünyanın bir sıra ölkələrində (İran, İraq,
Almaniya, Macarıstan, Efiopiya, İndoneziya, Tunis və s.) qastrol
səfərlərində olub.
12 may 2005-ci ildə Bakı Şəhərində vəfat etmişdi.
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?
-
Magazin18 İyun 14:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO










.jpg)




.jpg)



















