Sağlamlıq
Antibiotiklər təsirini itirir: ÜST-dən dünyanı narahat edən xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə davamlılığın sürətlə artması fonunda 2026-2036-cı illəri əhatə edən yeni Qlobal Fəaliyyət Planını təsdiqləyib.
Publika.az xəbər verir ki, ÜST-nin məlumatına görə, 2023-cü ildə ən geniş yayılmış bakterial infeksiyaların hər altıncı halı antibiotiklərlə müalicəyə davamlı olub.
Araşdırmalara əsasən, 2021-ci ildə 4,71 milyon ölüm antibiotiklərə davamlı bakteriyalarla əlaqəli olub. Alimlər xəbərdarlıq edirlər ki, təcili tədbirlər görülməzsə, 2050-ci ilə qədər bu göstərici 39 milyona çata bilər.
Bildirilir ki, hazırda antibiotiklərin 40 faizdən çoxu qan, bağırsaq və sidik yolları infeksiyaları kimi geniş yayılmış xəstəliklərə qarşı qismən və ya tamamilə təsirsizdir.
Xüsusi narahatlıq doğuran məqamlardan biri də dərmanlara davamlı "E.coli" və "Klebsiella pneumoniae" bakteriyalarının yayılmasıdır. Bu mikroorqanizmlər sepsis də daxil olmaqla ağır infeksiyalara və ölüm hallarına səbəb ola bilir. Məlumata görə, "E.coli" ştammlarının 40 faizdən çoxu, "Klebsiella pneumoniae" ştammlarının isə 55 faizi əsas müalicə vasitələrindən sayılan üçüncü nəsil sefalosporinlərə qarşı davamlıdır.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, antibiotiklərə davamlılığın artması qlobal səhiyyə üçün ciddi təhlükəyə çevrilib. Onun sözlərinə görə, problemin həlli infeksiyaların profilaktikası, erkən diaqnostikası və yeni antibiotiklərin hazırlanmasından asılıdır.
Yeni fəaliyyət planı 2030-cu ilədək antibiotiklərə davamlı bakterial infeksiyalarla bağlı ölüm hallarının 10 faiz azaldılmasını nəzərdə tutur.
Mütəxəssislər antibiotiklərin yalnız həkim təyinatı ilə qəbul edilməsinin vacibliyini vurğulayır, özbaşına istifadənin isə təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirirlər.
Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













