Bəhram Bağırzadə Prezidentə məktub ünvanladı
Bizi izləyin

Tabloid.az

Bəhram Bağırzadə Prezidentə məktub ünvanladı

Əməkdar artist Bəhram Bağırzadə yanvarın 18-də Bakıda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə ucaldmış abidənin açılışında iştirak edən Prezident İlham Əliyevə təşəkkür edib.

Publika.az xəbər verir ki, 2019-cu ilin martında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə Bakıda messenat Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasını təklif edən Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə bu barədə ətraflı post paylaşıb.

Aktyorun Prezidentə təşəkkür məktubunu olduğu kimi təqdim edirik:

Bir görüşün tarixi

Küləkli, soyuq fevral ayı sona çatırdı. Təqvimdə qışa bir neçə gün qalmışdı. Hər şey həmişəki kimi davam edirdi – iş, ev, dostlar, görüşlər... Heç bir şey qeyri-adi hadisələrdən xəbər vermirdi. Tanımadığım nömrədən zəng gəldi, nəzakətli bir səs bildirdi ki, Heydər Əliyev Fondu məni martın 1-də Heydər Əliyev Mərkəzində cənab Prezidentin incəsənət xadimləri ilə görüşünə dəvət edir. Fikirləşdim ki, format həmişəki kimi olacaq - biz zalda, Prezident səhnə, çıxışlar olacaq və bununla da hər şey bitəcək.

Amma bizi konsert salonuna deyil, cənab Prezidentin mühüm qonaqları ilə görüşdüyü nəhəng dəyirmi masa olan otağa apardılar. Dəvət olunanların hamısı üzərində adları olan lövhələrə uyğun olaraq əyləşdilər. Görüş başladı... Hamı onun üçün vacib mövzu barədə danışmağa başlayanda başa düşdüm ki, format mənim düşündüyümdən tamam fərqli olacaq. Keçən il, təəssüflər olsun, rəhmətə gedən Tair Salahov danışdı... Sonra Ömər Eldarov, Fərhad Bədəlbəyli, Elbəy Qasımzadə, Zeynəb Xanlarova, Hacı İsmayılov, Afaq Bəşirqızı çıxış etdilər, məndən əvvəl sonuncu çıxış isə Tahir İmanovda oldu. Atmosfer o qədər səmimi və xoş idi ki, mən bir vətəndaş kimi, bir Bakı sakini kimi öz töhfəmi vermək və bir çox azərbaycanlının uzun illər arzusunda olduqlarını səsləndirmək istədim.

Çıxışım haqqında danışmaq istəmirəm, çünki bunu hamı eşidib və görüb. Sadəcə onu demək istəyirəm ki, bu, spontan, hazırlıqsız olub. Mən Prezidentə müraciət edərək Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etdim. Cənab Prezident cavab verdi ki, mən haqlıyam, Tağıyevin Azərbaycan qarşısında çoxlu xidmətləri olub və gəncliyində Qərbi Azərbaycanda yaşamış və Hacı Zeynalabdinə məktub yazan babasının əhvalatını danışdı. Tağıyev isə bu gənci tanımadan Sankt Peterburqda təhsilinin pulunu ödəyib, o orada təhsil almış və hərbi həkim olmuşdur. Cənab Prezidentin dediyi kimi, babası Əziz Əliyevlə bağlı bu əhvalatın davamını hamı bilir...

Mən cənab Prezidentə təkliflə müraciət edəndə dedim ki, sosial şəbəkələrdə yarım milyondan çox izləyicim var və bu görüş efirə çıxanda mənə narazı şərhlər yazacaqlar ki, niyə belə mühüm toplantıda iştirak edərkən susdum və Tağıyevin heykəli ilə bağlı milyonlarla azərbaycanlının arzusunu səsləndirmədim? Prezident də mənim bu sözlərimə müsbət reaksiya verdi. Qərar verildi və Tağıyevin heykəlinin yaradılması üzərində iş başladı... Arzular gerçəkləşdi! Baharın ilk günü mənim üçün həyatımın ən xoşbəxt günlərindən birinə çevrildi!

src="/storage/files/upload/85a7adadbe7be3f8988228a84a166729cd85159e.jpg" style="width: 612px; height: 393.72px;" class="fr-fic fr-dib">

Amma bu heç də həmişə planlaşdırıldığı kimi olmur və 2020-ci il bunu bütün qəddarlıqla və amansızlıqla göstərdi... Pandemiya başladı... Sonra müharibə başladı... Azərbaycan həm birinci, həm də ikinci müharibədə qalib gəldi!!! İlk müharibə gözəgörünməz düşmənə qarşı aparıldı və bir çox ölkələr təlaş vəziyyətinə düşərkən, milyonlarla insana çarəsizliyini yoluxdurarkən, ölkəmiz ən yaxşı İsveçrə saatı kimi işləyirdi! Biz bütün zəruri dövlət resurslarını tez və səmərəli şəkildə birləşdirdik və pandemiya ilə digərlərindən daha yaxşı mübarizə apardıq. İkinci müharibə gözə çarpan düşmənlə aparıldı, amma burada da Ali Baş Komandanın müdrikliyi, ordumuzun şücaəti cəmi 44 gündə bizə parlaq qələbə qazandırdı! Bəli, pandemiya ilə mübarizə hələ bitməyib, amma biz mütləq öhdəsindən gələcəyik! Mən həmişə demişəm və bundan sonra da deyəcəyəm ki, bütün qələbələrimizin – “Eurovision”un, olimpiadalarda və çempionatlarda qazanılan qızıl medalların, “Formula-1”in, Birinci Avropa Oyunlarının, İslam Oyunlarının, Azərbaycan mədəniyyətinin yaradıcı qələbələrinin, şahmat döyüşlərindəki qələbələrimizin arxasında dövlətin güclü dəstəyi və ölkə rəhbərliyinin müdrikliyi durur! Əgər Azərbaycan Prezidentinin xoş niyyəti və ölkənin birinci vitse-prezidentinin titanik işi olmasaydı, sadəcə olaraq, çoxlu qələbələr baş tutmazdı!

src="/storage/files/upload/2d439a3566c94ffd589819a8ca8fb4fc158345a4.jpg" style="width: 601px; height: 476.793px;" class="fr-fic fr-dib">

İlham Heydər oğlu ilə 1995-ci ilin mayında baş tutan ilk görüşü heç vaxt unutmayacağam. SOCAR-ın o vaxtkı birinci vitse-prezidenti İlham Əliyevin ofisinin açıq pəncərələrindən meh əsən o parlaq May gününü indi də xatırlayıram.

Bu gün çoxlarının bu günü intizarla gözlədiyi arzusu gerçəkləşdi - Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı oldu! Ürəyim sevinclə dolub-daşır, gözlərimdə sevinc yaşları parlayır... Düz 20 ildir ki, biz bütün MDB çempionlarını məğlub edərək çempionlar çempionu olanda bilirdim ki, səhnəyə sonuncu çıxan mən olmuşam və bir daha həyatımda böyük bir KVN olmayacaq ... Mən o zaman səhnədə söylədim: "Ola bilərmi ki, bizim sonrakı uğurlarımız KVN-in uğurlarından belə kiçik görünsün? O vaxt çox narahat idim ki, belə olacaq... Amma Uca Allahın sayəsində hamımızı, “Bakılılar”ı qarşıda çoxlu nailiyyətlər, qələbələr gözləyirdi... Amma ən əsası qarşıda bizi Qələbə gözləyirdi ki, bu da Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyevin, qəhrəman ordumuz və həm pandemiya dövründə, həm də müharibə dövründə bütün Azərbaycan xalqı üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mərhəmət bacısına çevrilməsi sayəsində mümkün olmuşdur. Həm də ki, o, mənə həyata qayıtmağa kömək etmişdir... Mən Mehriban Əliyevaya minnətdaram ki, bu gün nəfəs alıram, hərəkət edirəm, həyatdan və işdən həzz alıram! Anam və atamın sayəsində yaranan uşaqlıq arzumun necə gerçəkləşdiyini görmək üçün... Yəqin ki, bir neçə il əvvəl nəşr olunan "Arzular gerçəkləşir" simvolik başlıqlı kitabım arzuların gerçəkləşməsinə kömək etdi və nəinki mənim, həm də Hacı Zeynalabdin Tağıyevin xeyirxah əməllərini sevən və pərəstiş edən milyonlarla insanın. Bu xoş gündə bircə söz demək istəyirəm: “Çox sağ olun, cənab Prezident!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm