Tabloid.az
Bu, Prezidentin tarixi şəxsiyyətlərə ehtiramıdır - Rəy
"Bildiyim qədər, bu heykəlin postamenti olub. Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini əks etdirən detallar yerləşdirilib. Sonradan belə məsləhət olub ki, bu əsər postamentsiz olsun. Odur ki, postament dəyişilib və ictimaiyyətə xüsusi formada təqdim olunub. Hacı Zeynalabdin Tağıyev xalqa yaxın idi, el adamı idi. Təsadüfi olaraq ona millətin atası demirdilər".
Bu sözləri Publika.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının "Tənqid və sənətşünaslıq" bölməsinin sədri, "Sənətşünaslığın təbliği" İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev deyib.
src="/storage/files/upload/269fab063d03c0cfd3effdbf503c8738a1db2739.jpg" style="width: 578px; height: 312.12px;" class="fr-fic fr-dib">
Professor bildirib ki, azərbaycanlı milyonçu, xeyriyyəçi, Rusiya imperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı - H.Z.Tağıyevin heykəlinin gözlənilməz formada təqdimatı təbii ki, ictimaiyyət üçün də yenilik olub.
"İstiqlaliyyət küçəsində qoyulmuş abidədə onun xalqa yaxınlığı nəzərə alınıb. Əliağa Vahidin də heykəlində kürsüdən istifadə olunmayıb, birbaşa yerə bərkidilib. Bu da onun torpağa olan bağlığının bir ifadəsidir. Məntiq var.
Başqa bir məsələ burasındadır ki, bu heykəl kürsüsüz qoyulmazdan əvvəl Fəvvarələr Meydanında reklam xarakterli heykəlciklər qoyulmuşdu. Bu səbəbdən Tağıyevin heykəli istər-istəməz onları xatırladır və ona görə də camaatda bir az ikili fikir yaranır. Ancaq hesab edirəm ki, insanlar tədricən bu yeniliyə alışacaq. Əsas odur ki, gözəl şəxsiyyətin abidəsi xalqın arasına çıxıb. Çoxdan qoyulmalı idi. Əlbəttə ki, bu, dövlət başçısının xalqın tarixi şəxsiyyətlərinə böyük hörməti və ehtiramıdır".
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


