Tabloid.az
Fariz Əhmədov vəzifədən getdi
“Azərbaycanfilm” kinostudiyasının rəhbəri Fariz Əhmədov vəzifəsindən gedib.
Publika.az xəbər verir ki, bu barədə F.Əhmədov özü sosial mediada status paylaşıb.
Onun müraciətini təqdim edirik:
“Əziz dostlar və həmkarlar, 1 mart 2022-ci il tarixindən etibarən “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindən ayrıldım. Bu vəzifədə çalışdığım 17 ay ərzində müxtəlif layihələr həyata keçirdik, qısametrajlı bədii, sənədli, tammetrajlı filmlər, bədii və sənədli seriallar ərsəyə gətirdik. Bir çox kino mütəxəssisləri ilə birlikdə çalışdıq. Yüzlərlə vətəndaşla ünsiyyətdə olduq. Bu müddətdə mənə etimad və dəstək göstərənlərə öz dərin təşəkkürümü bildirirəm. Audiovizual və interaktiv media şöbəsinin rəhbəri Rüfət Həsənova mənə inandığı, dözdüyü və dəstəklədiyi üçün xüsusi minnətdarlığımı bildirirəm.
“Azərbaycanfilm” kinostudiyası olaraq müxtəlif qurumlarla əməkdaşlıq etdik. Bu qurumlardan İctimai Televiziya və Radio Yayımları Şirkətini və Bakı Media Mərkəzini xüsusi qeyd etmək istəyirəm. Yeni audiovizual layihələrin ərsəyə gəlməsində bizə dəstək göstərdikləri, yanımızda olduqları üçün Balash Kasumov-a və Orman Aliyev -ə təşəkkür edirəm.
“Azərbaycanfilm” kinostudiyasının doğma kollektivinə və yeni rəhbərliyinə yeni-yeni uğurlar arzu edirəm.
Mən yenə də audiovizual layihələrin istehsalı sahəsində olan fəaliyyətimi davam etdirəcəm. Yeni işlərdə, yeni layihələrdə yenə də birlikdə olacayıq. Yenə də Azərbaycan kinosuna xidmət etməyə davam edəcəyik...”
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
