Tabloid.az
ƏSA-nın yeniliyi hər kəsi təəccübləndirdi - FOTO
Teatrların reklam siyasəti ilə bağlı çatışmazlıqlar Azərbaycanda tez-tez müzakirə olunan və nəticə əldə edilməyən problemlərdən biri olduğu vaxtda ƏSA Teatrı nümunəvi addımı ilə hər kəsi təəccübləndirib.
Publika.az xəbər verir ki, keçən ay teatr maraqlı bir testi sınaqdan keçirib.
Bu barədə teatrın rejissoru Nihad Qulam məlumat verib:
“Ötən ay belə bir test etdik. Şəhərin mərkəzi küçəsində yerləşən banner lövhəsinə ƏSA Teatrının “Adamlar və siçanlar” tamaşasının posteri əvəzinə sadəcə QR kod yerləşdirdik. Nəticədə 14 gün ərzində 300-dən çox insan QR kodu skan edərək, bilet satışı olan linkə keçid etdi. 20 aprel baş tutan nümayişimizə bütün biletlər satılmışdı. İnanıram ki, bunda bu bannerin də töhfəsi oldu.
Amma bizim test etdiyimiz məsələ satışla bağlı deyildi. İstədik yoxlayaq ki, insanlar hansısa teatr binasının önündə yerləşdirilən bannerə hansı dərəcədə maraq göstərir? Nəticə heç də pis deyil. Bu nümunəni niyə və nədə istifadə edə bilərik? Bu gün teatrların #insight və #data toplaması çox vacibdir. Məsələn, dövlət teatrları posterlərin üzərinə QR kod yerləşdirərək, hər ayın sonu hansı posterə (dolayısı ilə tamaşaya) daha çox və ya az marağın olub-olmamasını analiz edə bilər. Bu analizin nəticəsində ən azından poster dizaynlarını optimallaşdıra və insanların maraqlarına uyğun olaraq marketinq fəaliyyətlərini inkişaf etdirə bilərlər.
Eyni zamanda bu analizə görə hansı saatlarda və günlərdə teatrın qarşısından nə qədər insan keçdiyini təyin edə və buna uyğun olaraq müxtəlif tədbirlər həyata keçirmək olar”.
Rejissor bildirib ki, 18 may “Çıxış yoxdur” adlı tamaşanın nümayişi olacaq. Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Jan-Pol Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında hazırladığı “Çıxış yoxdur!” fəlsəfi dramının nümayişi Jan-Pol Sartrın 1944-cü ildə yazdığı “Bağlı qapılar arxasında” əsəri ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, əsas rolların ifaçıları Elşən Əsgərov, Lalə Süleymanova və Səmayə Ağayarovadır.
src="/storage/files/upload/cadb01dc4e27cf37bbbac358313629d1fcf3becb.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
