Tabloid.az
“Azərbaycanfilm” nəzdində Ekspert Şurası yaradıldı
Dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.
Publika.az-ın xəbərinə görə, bu barədə kinostudiyanın Mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov məlumat verib.
O bildirib ki, 5 nəfərdən ibarət olan Şuraya sədrlik kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb.
Şuranın üzvləri Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.
Şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə Kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert Şurasının üzvlərinin qərarı ilə nəticələnəcək.
src="/storage/files/upload/9a20c6e4f8620167b94a16d0f50b75b7766a1dee.jpeg" style="width: 300px;" class="fr-fic fr-dib">
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
