Tabloid.az
"Molla Nəsrəddin 2022" nümayiş olundu - FOTO
Şuşa Dövlət Musiqili Dram Teatrında Səhnə teatrınının "Molla Nəsərddin 2022" adlı tamaşası nümayiş olunub.
Publika.az xəbər verir ki, komediya janrında olan tamaşanın ssenari müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, aktyorları isə Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Vaqif Kərimov (Əməkdar artist), Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli və Ağaəli Kərimzadədir.
Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadıb özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Hələ çox cavan olduğunun biləndən sonra ona evlənmək üçün üç gün möhlət verir. Molla Nəsrəddin Əzrayıl ilə dostlaşır və sevgisinə qovuşmaq üçün ona əngəllər yaradan kənd cavanları ilə mübarizəyə başlayırlar. Toy gününün səhəri oyanıb evində sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər arvadı görən Molla Nəsrəddin aldadıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.
Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Ötən gün Şuşa teatrında ictimai baxışı keçirilən tamaşa izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
