Tabloid.az
Məşhur aktyor-müğənninin ad günüdür – FOTOLAR, VİDEO
Bu gün aktyor-müğənni Mobil Əhmədovun ad günüdür.
Sənətçi 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il
sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və
Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir
neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabrda isə
Musiqili Komediya Teatrına solist dəvət olunub. Elə həmin vaxtdan
da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa
edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin
yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa
edib. Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib.
Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dan
çox lent yazısı, xeyli valı var. Aktyor-müğənni Azərbaycanın
əməkdar artisti (1978) və xalq artisti (2000) fəxri adlarına layiq
görülüb.
Aktyor uzun sürən xəstəlikdən sonra 2006-cı il iyunun 3-də 75
yaşında Bakı şəhərində vəfat edib, Gəncədə dəfn olunub.
Klassik operettalarda və klassik milli dramaturgiya əsasında
yazılmış musiqili komediyalarda Sərvər və Rüstəm bəy, Əsgər
("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyli), Heydər
bəy ("Hacı Qara",
Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları kimi obrazlar
yaradıb.
Cəvahir
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO






































