Tabloid.az
Əli Mirəliyev bıçaqlanmağından danışdı - Yenilənib - ÖZƏL
Müğənni Əli Mirəliyev Publika.az-da bıçaqlanmasıyla bağlı dərc olunan xəbərə aydınlıq gətirib.
Mirəliyev əməkdaşımızla söhbətində belə bir hadisənin olduğunu təsdiqləyib: “Məni dəfələrlə qorxudub, yolumdan döndərmək istəyiblər. Telefonla açıq və gizli nömrələrdən təhdidlər ediblər. Bir müddət əvvəl də bıçaqladılar. Amma polisə şikayət eləmədim. Ev şəraitində müalicə olundum ki, şikayət edəsi olmayım.
Şikayət etmək mənim tərbiyəmə uyuğn deyil”. O, hadisənin necə baş verdiyi barədə bunları deyib: “Hadisə bir müddət əvvəl baş verib. Maşınımla gedirəm. İşıqforda dayandım, bir maşın da saxladı. Çiynimdən vurub qaçdılar. Özümü evə birtəhər çatdırdım. Şükür, indi hər şey yaxşıdır, özümü normal hiss edirəm”.
10:38
Tanınmış müğənni Əli Mirəliyevi bıçaqlayıblar.
Bu barədə Publika.az-a müğənninin yaxın ətrafından məlumat verilib. Bildirilir ki, bıçaqlanmaya səbəb Ə.Mirəliyevin efirdə səsləndirdiyi sərt fikirlər olub. Ancaq bu versiyanın nə dərəcədə doğru olub-olmadığı dəqiq deyil. Az sonra bu barədə əlavə məlumat verəcəyik.
İntiqam VALEHOĞLU
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək







































