Tabloid.az
“Avropa Şurası bilsə ki, Əhəd Abıyev heyvana insandan aşağı baxır...”
Tanınmış müğənni Elza Seyidcahan Daşkəsən rayon İcra
Hakimiyyətinin başçısı Əhəd Abıyevin onun haqqında səsləndirdiyi
fikirlərə reaksiya verib.
Publika.az-ın məlumatına görə, E.Seyidcahan lent.az-a verdiyi
açıqlamada Ə.Abıyevin sözlərinin ona pis təsir etdiyini deyib:
“Dünəndən telefonlarım susmur. Bir çox jurnalistlər mənə zəng
vurur, amma susdum. İndi düşünürəm ki, niyə susmalıyam? Sözümü
deyəcəm. Xahiş edirəm ki, məni səhv başa düşməsinlər. Əgər sözümü
deyə bilmirəmsə, onda nə adıma, bəstəkarlığıma, ailəmə layiq
əməkdar artistəm. Hər bir insan millət vəkili olmağı arzulayar. Adi
bir vətəndaşa da sual versən “millət vəkili olmaq istəyirsən?”,
cavabı “bəli” olacaq. Nə qədər ağılsız olasan ki, “yox” cavabı
verəsən”.
E.Seyidcahan əlavə edib: “Azərbaycanın sayılıb-seçilən millət
vəkilləri, ziyalıları, sənət adamları ilə birgə tədbirlərdə,
səfirliklərdə, diasporlarda konsertlərdə iştirak etmişəm. Bir sözlə
onlarla müxtəlif tədbirlərdə iştirak etmişəm. Həmin adamlardan biri
desin ki, Elza utandırıcı hərəkət edib. Olmayıb! Hər zaman öz
yerimi bilmişəm. İndi mən xalqa sual verirəm: “Mən əl tutulası
xanım deyiləm?” Əgər əl tutulası xanım deyiləmsə, biz sənət
adamlarına tədbirlərindən sonra siyasət adamları, ziyalı şəxslər
bizə çox sağ ol deyir, sənətimizə dəyər verirlər”.
E.Seyidcahan bildirib ki, bəziləri bu mövzunu çox şişirdib:
“Jurnalist mənə sual verdi ki, “Qarşıdan seçkilər gəlir, incəsənət
aləmində bir çox sənətçilər var ki, millət vəkili olub. Sizin
millət vəkili olmaq fikriniz varmı?” Mən də cavab verdim ki, belə
bir fikrim olmayıb, amma biz sənətimizlə vətənimizi təmsil
ediriksə, bu millət vəkili kimi bir şeydir. Mənim danışıq
qabiliyyətimi hər zaman alqışlayıblar. Hətta bir neçə il öncə
seçkilər ərəfəsində təbliğat-təşviqat kampaniyası idi, mənə təklif
etdilər ki, sən də bizimlə gəl, sən yaxşı danışa bilirsən. Biz səni
gələcəkdə millət vəkili kimi görürük. Mən də bu sözləri
utancaqlıqla qarşılamışam. Hətta mənə dedilər ki, “gələn həftə
başqa bir rayonda olacağıq, bir xalq artisti var, o, danışa bilmir,
siz bizimlə gəlin, danışarsınız”. Mən də razılaşdım. Bunu özümə
borc bildim. Mənə elə gəlir ki, mənim söylədiyim açıqlama çox
şişirdilib. Millət vəkillərimizi, siyasət adamlarımızı qınamıram.
Bəlkə də jurnalist elə sual verib ki, onlarda bu cür cavab
veriblər. Biz xalqın, siyasət adamlarının alqışları ilə bu yerə
çatmışıq”.
Ə.Abıyev söylədiyi “Mənim onunla heç bir tanışlığım yoxdur, ola da
bilməz. O cür adamlara təsadüfən salam versəm, əlimi gedib paltar
sabunu ilə yuyaram”, - sözlərinə E.Seyidcahanın cavabı konkret bu
cür olub: “Mən Əhəd müəllimi real həyatda görməmişəm. Məndən yaşca
böyükdür. O, deyir ki, mənə salam versə gedib, əlini, üzünü
yuyacaq. İndi mən demək istəyirəm ki, onu harda görsəm, əlindən,
üzündən öpəcəyəm. Öpəcəyəm ki, getsin əl-üzünü 88% paltar sabunu
ilə yusun. Doğurdan da onun əl-üzü çoxdan yuyulmalı idi, yuyulsun.
O, mənim əlimdən tutmaq istəmir, amma mən onun əlindən tutacağam.
Başqa dövlətlər bu məsələyə necə baxar?
Mənim günahım varsa, hörmətli millət vəkilləri bu işimə baxsınlar.
Bu nə qədər doğrudur ki, bəstəkar ittifaqının üzvi, əməkdar artist
və Azərbaycanın qeyrətli analarından birini bu cür təhqir olunur.
Mən də bir ana, bir bacıyam. Yəqin ki, Əhəd müəllimin ailə üzvləri
arasında anası, bacısı var. Məni anam halal zəhməti ilə böyüdüb.
Xalqımıza 4 qız, layiqli övladlar böyüdüb. Mən bu sözləri Əhəd
müəllimə yaraşdırmadım. Çünki o, Azərbaycanın ziyalısı, icra
başçısıdır”.
E.Seyidcahan Ə.Abıyevin “Elza Seyidcahan bu sözü özündən uydurub.
İcra başçısı deputat seçdirmir, deputatı xalq, seçicilər seçir. Həm
də axı Elza deputatlığa layiq namizəd deyil. O, getsin heyvanlara
mahnı bəstələsin, dovşanlarla söhbət etsin, onun siyasətdə nə işi
var?!”- , sözlərinə də münasibət bildirib: “Avropa Şurası bilsə ki,
bizim bir ziyalımız, məmurumuz heyvana insandan aşağı baxır, onlar
özləri bizə dırnaq içərisində baxarlar. Heyvanda Allahın yaratdığı
canlılardır. Bu günləri dövlətimiz təbiətin, ekologiyanın,
ətraf-mühitin qorunmasına dəstək olur. Mən də bu yolda gələn
sənətçilərin birincisiyəm.
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AÇ QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI