Nida Təhlil
Ermənistandan Rusiya və İrana təhqir: Moskva nə vaxta qədər dözəcək?
Ermənistan hökumətinin “Avropa İttifaqına daxil olmaq prosesinə başlamaq haqqında” qanun layihəsini təsdiqləməsi İrəvanın siyasi oriyentasiyasını rəsmi şəkildə Qərbə doğru dəyişdirməsi və regionda iki ölkəyə - Rusiya və İrana qarşı alçaldıcı addım kimi dəyərləndirilir. Təsadüfi deyil, çünki hər iki paytaxtda - Moskva və Tehranda Paşinyan hakimiyyətinin indiyə qədər bütün şıltaqlığına həvəslə yanaşma sərgilənib.
İran Ermənistanı müdafiə etmək üçün nəinki bütün resurslarını sərf edib, hətta tarixi, dini və mədəni bağları olan Azərbaycanla düşmən olmaq xəttini belə seçdi. Bu, Qarabağ münaqişəsinin mövcud olduğu dövrlərdə, eləcə də 44 günlük müharibə və sonrasında da əyani şəkildə müşahidə edilib. Tehranda Ermənistanın “qardaş” elan edilməsi uzaq tarixin hadisəsi deyil. Ermənistan isə bu “qardaşlığın” qarşılığında regiondankənar qüvvələri bölgəyə gətirməklə Qərbi İranın qonşusuna çevirdi. Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası adı altında fəaliyyət göstərən qüvvələrin NATO kontingenti olduğu sirr deyil.
Paşinyan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı qərarı İranın üzünə atılmış şillə oldu. Tehran isə bu şilləyə cavab vermək əvəzinə, digər üzünü çevirir. NATO qüvvələrinin İran sərhədinə gətirilməsindən sonra Ermənistanın Aİ-yə üzvlük qərarına İrandan hələ də reaksiya verilməməsi bunu deməyə əsas verir.
Ən böyük şillə isə Rusiyanın sifətinə atıldı. Öz maraqlarını qorumaq üçün Qərblə açıq müharibəyə başlayan Rusiyanın Ermənistanın xəyanətinə hələ də göz yumması suallar yaradır:
- Moskvada erməni lobbisi Paşinyan hakimiyyətinin xəyanətlərini ört-basdır edir?
- Yaxud Rusiyada hələ də ermənilərin “rəğbətini” qazana biləcəklərini hesab edirlər?
- Ümumiyyətlə Rusiyaya Ermənistanın “rəğbəti” lazımdırmı?
Ermənistan adlanan dövlətin quruluşu, mövcudluğu və hələ də ayaq üstə qalmasının yeganə təminatçısı Rusiya olub, bu gün də belədir. Rusiya son 20 ildə Ermənistana milyardlarla dollar vəsaiti təkcə yardım olaraq verib. Bura Ermənistana qoyulan investisiyasını, iqtisadi sektorda Rusiyanın payını, o cümlədən, hərbi sfera da daxil olmaqla müxtəlif istiqamətdə verilən dəstəyi əlavə edəndə ortaya fantastik rəqəmlər çıxır. Təkcə bu il Rusiya və Ermənistan arasındakı ticarət dövriyyəsinin 16 milyard dollara qədər olacağı proqnozlaşdırılır. Son 2 ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin fantastik həddə çatması Rusiyaya qarşı tətbiq edilən sanksiyalar olsa da, ortada bir reallıq da var: Moskva bu qədər qazancı başqasına yox, məhz İrəvana verir.
Bütün bunların qarşılığında Paşinyan hakimiyyəti əsas gündəliyini anti-Rusiya siyasəti üzərində qurub. Hətta Ermənistanda Rusiyaya qarşı düşmən mövqeyin heç olmadığı qədər artdığı bu il ərzində Moskva İrəvana dəstəyini kəsmir. Ermənistandan Gürcüstana gedən dəmiryolu xəttinin Rusiya dövlət büdcəsindən ayrılan vəsait hesabına bərpa edilməsi belə nümunələrdəndir. Rusiyanın Ermənistana qarşılıqsız qalan belə dəstəyi təhsil sektorundan tutmuş, kənd təsərrüfatı sektoruna qədər bütün sahələri əhatə edir. Ermənistan hakimiyyəti bunun qarşılığında nə edir?
1. Ölkənin bütün problemlərinin günahkarı kimi Rusiyanı təqdim edirlər;
2. Rusiya prezidenti Vladimir Putinin həbsinə hesablanmış Roma Statusuna qoşuldular;
3. İllərdir Ermənistan sərhədlərini qoruyan Rusiya hərbçilərini ölkədən hörmətsiz şəkildə çıxartdılar, əvəzində Aİ müşahidəçilərini – Qərb qüvvələrini gətirdilər;
4. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) hörmətsiz birliyə çevirmək üçün əllərindən gələn hər şeyi edirlər;
Bir sözlə, Rusiya Ermənistana verdiyi “kökə”nin qarşılığını “kötəklə” alır. Ermənistan hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı son qərarı isə bu qədər dəstəyin qarşılığında Rusiya üçün təhqirdən başqa bir şey deyil. Əslində bu, prosesin başlanğıcıdır, xüsusilə Rusiya hərbçilərinin ölkədən çıxarılması fonunda Aİ-yə üzvlük siyasətinin rəsmiləşməsi yaxın perspektivdə Qərb ölkələrinin, böyük ehtimalla Fransanın Ermənistanda hərbi bazasının açılması baş verə bilər. Paşinyan hakimiyyətinin atdığı addımlardan hasil olan nəticə budur.
Rusiya və İran Ermənistan hakimiyyətinin təhqirləri qarşısında hələ də səssiz qalır. Nə vaxta qədər dözəcəklər, maraqlıdır...
Asif Nərimanlı
-
Magazin120:00
Son günlərdə həbs olunan tiktokerlərin SİYAHISI
-
İdman19:50
Olimpiya çempionu yarıçılpaq şəkildə konfet reklam etdi: ara qarışdı – FOTO
-
Sosial19:10
Bu şirkətlərin quş əti məhsullarını almayın! - "Salmonella" aşkarlandı
-
Elm və təhsil17:55
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
-
Dünya17:01
Hər şeyi yanan ermənilərin sığorta ümidi də puç oldu: Los-Anceles fəlakəti
-
Sosial16:13
Bakıda qadın bud əməliyyatına girdi, burnunu kəsdilər
-
Sosial15:20
Samir Şərifovu bu nazir əvəzləyəcək
-
Rəsmi xronika14:50
İlham Əliyev daha iki fərman imzaladı