Tabloid.az
Teatrdan “Moşu”nun işdən çıxarılması barədə AÇIQLAMA
Sumqayıt Dövlət Dram Teatrının mətbuat xidməti xalq artisti Valeh Kərimovun işdən çıxarılmasına münasibət bildirib.
Mətbuat xidmətinin rəhbəri Kamal Almuradlı Publika.az-a açıqlamasında deyib ki, V.Kərimov 70 yaşı tamam olduğuna görə işdən azad edilib:
“Valeh Kərimov yanvarın 16-da qanuni şəkildə işdən azad olunub. Prezidentin fərmanına əsasən, yaşı 65-dən yuxarı olan aktyor və aktrisalar işdən azad olunurlar. Sadəcə, fəxri adı olanlar 70 yaşına kimi işdə saxlanılırlar. Bu, bütün teatrlarda belədir. Valeh müəllimə müqavilə təklif olunub. Amma hələlik özü bizim təklifə münasibət bildirməyib”.
Qeyd edək ki, Valeh Kərimov Milli.az-a açıqlamasında teatr rəhbərliyinin qərarından narazılığını ifadə edib və ona müqavilə ilə işləmək təklif olunmadığını söyləyib:
“Mən o gündən özümə gələ bilmirəm. Yaşıma görə çıxarılacağımı düşünürdüm. Ancaq müqavilə əsasında işləyəcəyimi zənn edirdim. Onu da etmədilər. Mən teatrdan 210 manat maaş alırdım. Bu pul mənim yolpulum etmirdi. O məbləği mən Bakı teatrlarında 1-2 rol oynamaqla qazanıram. Sumqayıt teatrı mənə doğma idi. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərlər. Bu, mənə çox ağır gəldi”.
Xatırladaq ki, uzun illər bu teatrda çalışan aktyoru geniş tamaşaçı kütləsinə tanıtdıran “Bəxt üzüyü” filmində oynadığı Moşu obrazı olub.
İntiqam VALEHOĞLU
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR