Tabloid.az
Dünyanın ən gözəl və cəsur qadın pilotu - FOTOLAR
Almaniyanın “Bild” qəzeti dünyanın ən gözəl və ən cəsur qadın pilotunu müəyyən edib.
Publika.az xəbər verir ki, 23 yaşlı Nilufər Rəhmani Əfqanıstan hərbi hava qüvvələrində çalışır.
“Bild” qəzetinin xəbərinə görə, Nilufər Rəhmani 2001-ci ildə Talibanın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Gənc pilot ABŞ Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Qadın Cəsarət Mükafatına (International Women of Courage Award) layiq görülüb.
Xəbərə görə, uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan hərbi hava qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Onun ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Çünki o, bir qadındır. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.
Gözəl pilotun özü və ailəsi bir neçə dəfə Talibandan ölüm təhdidləri alıb. Nilufər Rəhmani isə bütün bu təhdidlərə baxmayaraq, Əfqanıstan hərbi hava qüvvələrində karyerasını davam etdirməkdə qərarlıdır.
Ömər Dağlı
-
Hadisə16 Fevral 23:35Rusiyada faciə: azərbaycanlıların meyiti tapıldı
-
Nida Xəbər 16 Fevral 21:00Rusiyadan azərbaycanlılara şok qadağa
-
Sosial16 Fevral 20:36Qar uçqunu təhlükəsi var - FHN-dən Xəbərdarlıq
-
ABŞ16 Fevral 19:20Obama yadplanetlilərin Yerə gəlişi ehtimalından danışdı
-
Ekologiya16 Fevral 19:00Sabah ilin ilk Günəş tutulması olacaq
-
Ekologiya16 Fevral 18:50Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
-
Sosial16 Fevral 18:30TƏBİB sədrliyinə namizəd göstərilən şəxs infarkt keçirdi
-
Nida Xəbər 16 Fevral 17:54Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi






.jpg)





















.jpg)


.jpg)







