Tabloid.az
Retrosayağı dalğalı saç stilləri - FOTOLAR
“Hollivud dalğaları” yalnız uzun saçlar üçün dəbdəbəli saç düzümü deyil, qəribə görünsə də, bu tərz qadına baxımlı və romantik obraz vermək üçün ən sadə üsullardan biridir. Hollivud buruqlarının mövsümün ən dəbli saç düzümü olmasını və asanlıqla ev şəraitində etməyin mümkün olduğunu nəzərə alaraq, ideal dalğalı saçlara sahib olmağın qaydalarını izah edəcəyik.
“Hollivud dalğaları” saç düzümü eyni uzunluqda olan saçda daha yaxşı görünür. Ona görə də əgər sizin saçınız qat-qatdırsa başqa saç modeli seçməyiniz məsləhətdir.
Əgər saçlarınızı burduqdan sonra buruqları yaxşı saxlayırsa, onda saç düzümü üçün hazırlıq, sadə bir üsulla “yumaq-qurulamaq” ilə başa çata bilər. Yox, sizin saçlarınız buruqları pis saxlayır və qısa zamanda düzləşirsə, onda burmazdan əvvəl böyük fırça və xüsusi mus ilə saçınızı formaya salın.
“Hollivud dalğaları” yan tərəfə doğru yığılmış saçda daha uğurlu görünür, ona görə də dərhal, daha çox hansı sağ və ya sol tərəfdə daha yaxşı duracağını müəyyən et.
Güclü qızdırılmış (230 dərəcəyə qədər) saçda az tutulan maşa, orta və az istilikdə uzun müddət saxlanılandan daha az zərər vurur.
Əgər, siz saçınızın dibini daramağa qərar vermisinizsə, onda bunu həmişə lak vurmaqdan əvvəl edin. Çünki sonradan bunun heç bir mənası olmayacaq, saç yaxşı durmayacaq, əvəzində səliqəsiz görkəm alacaq.
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto







































