Tabloid.az
Astroloji proqnoz - 30 iyul
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - O qədər də uğurlu təqvim deyil. Ətrafınızda olan şəxslərlə aranızda anlaşılmazlıqlar yaranmaması üçün maksimum ehtiyatlılıq nümayiş etdirin. Səhhətinizə diqqəti artırın.
BUĞA - Astroloji göstəricilər qeyri-adi addım atmağınızı məqsədəuyğun hesab etmir. Daha çox neytral mövqedə durmalı, gündəlik qayğılarınızla məşğul olmalısınız. Qəfil iş tutmayın.
ƏKİZLƏR - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Buna hazır olduğunuz təqdirdə ulduzlar müdafiənizdə duracaq. Uzaq məsafələrə aldığınız dəvətlərdən bacardığınız qədər imtina etməyin.
XƏRÇƏNG – Giley-güzarı bir tərəfə atın, təcrübə göstərir ki, bunun heç bir səmərəsi olmur. Sevgi-ailə istiqamətində mülayimlik nümayiş etdirin. Qanqaraldıcı addımlardan uzaq olmağa çalışın.
ŞİR - Ulduzlar bu təqvimdə yeganə probleminizin maliyyə məsələləri ilə bağlı olacağını xəbər verir. Odur ki, bəri başdan buna hazır olun. İş yerində rəhbərliklə mülayim davranın.
QIZ - Dünəndən Ay bürcünüzdə olduğu üçün ciddi planlarınızı təxirə salın, istənilən mübahisələrdən uzaq olun. Əgər kiminləsə "haqq-hesab"ınız varsa, bunu başqa vaxta saxlayın.
TƏRƏZİ - İyulun ən uğurlu gününü yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdən tutmuş fəaliyyət zəmininə qədər bütün proseslər xeyrinizə olacaq. Yeni təklif alsanız, imtina etməyin.
ƏQRƏB - Ailə zəminində mübahisələriniz gözlənilir. Bu səbəbdən də hər xırda xoşagəlməzliyi ciddi problemə çevirməməlisiniz. Fəaliyyətlə bağlı riskli hərəkətlərə yol verməyin. Bəxtinizdə pul var.
OXATAN - Maraqlı səfərlərə çıxmaq üçün Göy qübbəsi sizə şans verəcək. Maddi imkanınız buna yetdiyi təqdirdə imtina etməyin. Bu ərəfədə fəaliyyətə bir qədər ara verməyiniz məsləhət görülür.
OĞLAQ – İşgüzar əlaqələrinizi dərinləşdirməklə qarşınızda duran vəzifələri layiqincə yerinə yetirə bilərsiniz. Tələsik qərar verməyin. Gümanınız gələn hər kəsdən məsləhət almağa çalışın.
SUTÖKƏN - Təxminən saat 13-ə qədər bütün ciddi işlərinizin həllini təxirə salmalısınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli təkliflər alacaqsınız.
BALIQLAR - Bəxtinizdə uğurlu ərəfə durur. Bəzi xırda xoşagəlməzliklər olsa da, situasiyaların nəticəsi zövqünüzə uyğun tərzdə cərəyan edəcək. Yay istirahətinə də vaxt ayırın.
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu