Tabloid.az
Afaq Aslana at hədiyyə etdilər
Bu gün gənc müğənni Afaq Aslanın doğum günündür.
27 yaşını qeyd edən müğənni Tabloid.az-a açıqlamasında doğum günündə əcnəbi vətəndaşdan evlilik təklifi aldığını deyib. Buna görə özünü şanslı qadın hesab etdiyini bildirib:
“Onun təklifini dinlədim. Amma əfsuslar olsun ki, dinimiz bu evliliyi qəbul etməyə icazə vermir. O, xarici ölkələrin birində yaşayan iş adamıdır. Evlənməyi qəbul etsəydim, xaricə köçərdim. O adam hətta müsəlman dinini qəbul etməyə razıdır. Amma mən öz ailəmi, vətənimi və sənətimi qoyub, xaricə gedə bilmərəm”.
Gecə yarısından etibarən çoxsaylı təbriklər alan ifaçı özünə qarşı bu diqqəti yüksək qiymətləndirir. Ancaq onun üçün daha bir əvəzolunmaz hədiyyə at olub:
“At muraddır. Bu hədiyyəni uzun illərdir arzulamışam. Bu ad günümü heç unutmayacağam. Bəlkə də oxucularımız məni qınayar ki, belə şeyləri bölüşürəm. Ancaq bunu sevincimdən edirəm. Allah hər kəsə onu həqiqətən sevən və dəyərləndirən insanlar dostlar, əzizlər bəxş etsin. Hər kəsə çox minnətdaram”.
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT
-
Sosial18:00
Əli Əsədov qərarlar imzaladı
-
Dünya17:22
Prokuror Netanyahunun həbsini tələb etdi
-
Rəsmi xronika16:56
İlham Əliyev sərəncam imzaladı
-
Pul16:43
Nazir lirənin son vəziyyətini açıqladı: Ucuzlaşma prosesi...
-
Rəsmi xronika15:36
Regionda sülh üçün tarixi imkanlar yaranıb - Prezident
-
Region15:01
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı - Necə baş verib?