Tabloid.az
Öd kisəsi xəstəlikləri ilə mübarizə üsulları
Öd kisəsinin xəstələnməsi və ya şişi həzm prosesinin pozulması, köp yaranması, ürək bulanma və qızdırma ilə nəticələnir. Öd kisəsində problem olduğunu düşünənlər həkimə müraciət etməlidirlər. Tabloid.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, əgər öd kisəsi ilə bağlı problemləriniz varsa və həkim sizə diqqət etməyinizi söyləyirsə, deməli qidalanma tərzinizi tamamilə dəyişməlisiniz. Daha çox sulu xörəklər yeməyə çalışın. Həftədə bir dəfə qaynanmış arpa suyu için. Kahı salatı, toyuq şorbası kimi qidalar sizin üçün faydalı ola bilər.
Duzlu və yağlı yeməklərdən imtina edin. Qətiyyən yumurta yeməyin.
Öd kisəsində qum və ya daş olarsa, qarğıdalı saçaqlarının dəmləməsindən istifadə etmək məsləhət görülür. Bu dəmləməni 1 fincan səhərlər acqarına, 1 fincan isə gecə yatmazdan qabaq içmək məsləhət görülür.
Öd kisəsinin şişməsi zamanı çətin həzm olunan və köp yaradan qidalardan, tünd və ağır yeməklərdən pəhriz saxlanmalıdır. Bu zaman portağal və ya onun şirəsindən istifadə etmək yaxşı təsir göstərir.
Bağırsaqları möhkəmlədirib həzmə kömək edən sarıkök öd kisəsi üçün faydalıdır. Öd kisəsində daş əmələ gəlməsinin qarşısını almaq istəyirsinizsə, yeməklərdə bol-bol sarıkökdən istifadə edin.
Əgər artıq sizdə daş yaranıbsa, bu zaman gündə 2 alma yemək faydalı olacaq.
Qeyd etmək lazımdır ki, sinir sistemində olan pozğunluq, stress, daxili iztirablar, qüssə, uğursuzluq və ümidsiz –yəni bir sözlə depressiya öd kisəsinin funksiyasının pozulmasının ən böyük səbəblərindəndir. Ona görə də qidalanma tərzinizlə yanaşı düşüncələrinizə də nəzarət etməlisiniz.
Pozitiv düşünməyə çalışın. Sizi əyləndirən, güldürən dostlarla birlikdə olun və ya komediya filmləri izləyin.
Tabloid.az
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı






.jpg)
















.jpg)

.jpg)

.webp)











