Tabloid.az
Payızda gəlin olmağa hazırlaşanlar üçün romantik saç düzmləri - Fotolar
2014 və 2015-ci ilin payız-qış mövsümü üçün gəlin olmağa hazırlaşan xanımlara dəb sənayesinin peşəkarları bir neçə aktual saç düzümü variantlarını təklif edirlər. Məsələn, sadə buruqlara diqqət yetirməyə dəyər. Saça bu modelin verilməsi olduqca asandır və siz hətta özünüz də bunu edə bilərsiniz. Bunun üçün sadəcə saçlarınızı burub, çiyinlərinizə atmaq lazımdır. Əmin olun ki, bu romantik obrazda siz çox zərif və cazibədar görünəcəksiniz.
Daha orijinal kompozisiyaların həvəskarları üçün stilistlər fransız hörükləri hörməyi tövsiyə edirlər. O, saç telləri ilə “oynamaq” üçün şərait yaratması baxımından maraqlıdır. Əhvalınızdan və ya zövqünüzdən asılı olaraq, saç tellərini sıx və ya boş yığa bilərsiniz.
Əsas odur ki, bəzəklərdən həddindən artıq istifadə etməyəsiniz. Artıq dekor obrazınızı həddindən artıq təmtəraqlı göstərəcək, bu da etik qaydalara ziddir. Həyatınızın ən gözəl günündə hədiyyə paketi kimi görünmək istəmirsinizsə, saç düzümünün sadə və şıq olmasına diqqət edin.
Toy üçün saç düzümlərinin populyar variantları arasında zərif saç dəstəsi də yer alıb. Bu, isti fəsil üçün ideal variantdır, qış mövsümündə isə soyuq olduğu üçün o qədər də geniş istifadə olunmur. Odur ki, qış mövsümündə belə bir saç düzümünü seçsəniz, orijinallığınız ilə həm gəlinin rəfiqələrindən, həm də digər qonaqlardan seçiləcəksiniz.
Payız-qış aylarında gülləri saç broşları ilə əvəz edə bilərsiniz. Gəlinlər saç düzümü yığdırarkən gəlinlik donunu da nəzərə almalıdır. Əgər gəlinlik sadədirsə, saç düzümündə çox bərbəzəkli aksessuarlardan istifadə edə bilərsiniz. Əgər gəlinlik çox dəbdəbəlidirsə, bu zaman saç düzümü mümkün qədər sadə və zərif olmalıdır. Hədindən artıq aksessuarlardan istifadə etmək isə yolverilməzdir.
Tabloid.az payız və qış ayları üçün sadə və şıq saç düzümlərinə aid bir neçə nümunə təqdim edir:
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı






.jpg)
















.jpg)

.jpg)

.webp)











