Kim deyər ki, bu qadının 50 yaşı tamam olur? - Fotolar
Bizi izləyin

Tabloid.az

Kim deyər ki, bu qadının 50 yaşı tamam olur? - Fotolar

Monikanın əsas gözəllik devizi belədir: “Ye, sev, yaşa!”

Monika Belluççi bütün kişilərin arzuladığı qadındır. Dünya şöhrətli aktrisanın nə xarici görkəmi, nə digər xarakteri digər ulduzlara bənzəyir. O, sanki tamam başqa bir dünyanın əsrarəngiz sakinidir... Onu İtaliyanın ilahəsi adlandırırlar. Çünki yanından bir dəfə keçməklə onun gözəlliyi istənilən kişinin qəlbini viran edə bilər. Buna inanmaq çətin olsa da, bu gün Monikanın 50 yaşı tamam olur.

Bəlkə də inanmaq çətindir ki, bir vaxtlar Monika öz gözəlliyini Tanrının ən böyük hədiyyəsi kimi deyil, onun bəxtinə düşmüş çətin bir sınaq olaraq qəbul edirdi. Çünki bütün qadınlar onun paxıllığını çəkirdi. Bəs Monikanın gözəlliyinin əsas sirri nədə gizlənib?

Aktrisanın 50 yaşı olmasına baxmayaraq, dərisi öz təravətini saxlayıb. Ən maraqlısı da odur ki, Monika hələ bir dəfə də olsun plastik əməliyyat etdirməyib.

O, müsahibələrinin birində, bildirmişdi ki, “Mən heç vaxt hadisələrin təbii gedişinə qarışa bilmərəm. İnsanlar qocalırlar, bu isə təbiidir. Əgər 40 yaşlı qadın 20 yaşlı qız kimi görünməyə çalışırsa, bu, çox gülməli görünür...”

Yaşlanmaya qarşı kremləri ümumiyyətlə, qəbul etmir, çünki başa düşür ki, təbiəti aldatmaq olmaz. Bədəninin dərisinin incə və ipək kimi olması üçün Monika həftədə 2 dəfə təmizləyici bədən skrablarından istifadə edir. Daha sonra bədəninə badam yağı çəkir.

Monika öz yaşından qorxmur, onun fikrincə, həyatdan zövq almaq üçün yaşın əhəmiyyəti yoxdur. Əsas özün kimi görünmək və özünü olduğun kimi sevməkdir. Belluççi həmişə nənəsini nümunə göstərir. Müsahibələrində deyir ki, nənəsi qocalana qədər dodaqlarına qırmızı pomada çəkərmiş, hətta kilsəyə də belə gedərmiş. Sadəcə ona görə ki, beləcə özünü əsl qadın hiss edirdi və onun heç nə vecinə deyildi, insanların bu haqda nə fikirləşməsi isə onu qətiyyən maraqlandırmırdı.

Monika belə hesab edir ki, aktrisanın mimikaları təbii olmalıdır, deməli, ona kosmetikadan həddən artıq istifadə etmək olmaz. Buna görə də Monika makiyaja ehtiyatla yanaşır. Gündəlik həyatında o dərisinə kosmetika ilə əzab vermir: ona kirpiklər üçün bir az tuş və dodaqlar üçün bir az parıltı kifayət edir. Aktrisanın fikrincə, çox makiyaj qadını gözəlləşdirmək yerinə çirkinləşdirir. Azca tonal krem çəkdikdən sonra gözlərinə qəhvəyi tonlarında göz kölgəsi çəkir. Dodaq boyasında ən çox sevdiyi rəng isə bej tonlarıdır.

Gözəllik ritualları arasında su əsas yeri tutur. Özü də soyuq su. Belə ki, gözəl aktrisa günə soyuq duş alaraq başlayır. Soyuq duş dərinin elastikliyini qoruyub saxlayır və onu sıxlaşdırır. Üzü üçün isə termal su və təravətləndirici spreydən istifadə edir. Həmçinin üzgüçülüklə məşğul olur.

Həftədə bir-iki dəfə şampundan istifadə etməyi dəstəkləyir. O, hesab edir ki, şampun saçların təbiiliyini pozur. Saçının gözəl görünməsi və parıldaması üçün diblərinə zeytun yağı çəkir.

Onun stili haqqında danışmağa ehtiyac yoxdur. Gözəlliyi kimi, geyimləri qüsursuzdur. Ən böyük cavahiratı isə onun zövqüdür. Təntənəli mərasimlərdə qırmızı xalı üzərində hər zaman sevimli "Dolce & Gabbana" brendinin geyimlərinə müraciət edir. Stilinə nəzər salsaq, krujevalı donların qarderobunun əsas hissəsini təşkil etdiyini müəyyən edərik.

Monikanın gözəllik haqqında tarixə düşən fikirləri

Müasir qadınların gözəlliyinin ömrünü uzatması üçün unikal imkanları var. Lakin buna öz yaşına və sağlamlığına hörmət edərək əməl etmək lazımdır. Həmçinin daxili enerjisinə qayğı göstərməlidir. Əgər içəridə atəş yoxdursa, siz çətin ki, parlaq görünə bilərsiniz. Hələ gəncsiniz və özünüzün təbii işığı var. Onun qayğısına elə qalın ki, illər ötdükcə itməsin... Bir də heç kimə fikir vermədən yaşamaq, son gününə kimi sadəcə qadın olmaq lazımdır. Kişi hər zaman qadına, qadın olduğunu hiss etdirməlidir - sözü ilə də razı deyiləm. Qadın heç vaxt qadın olduğunu unutmamalıdır!”

“Qadınlıq – təbiiliyin, zərifliyin və həssaslığın harmoniyasıdır”.

“Mən yaxşı anayam, lakin bu o demək deyil ki, mən yaxşı qızam. Mənə risk lazımdır”.

“Mən heç zaman nərmə-nazik qız olmayacağam. Ümumiyyətlə, təbiətcə çox tənbələm. Mən olduğum kimiyəm, yeməyi çox sevirəm. Bundan sonra da süni olmaq fikrində deyiləm”.

“Gözəllik sən ondan istifadə edə bildiyin halda, həqiqətən də güclü silahdır. Əgər sənin “Ferrari”n varsa və sən idarə edə bilmirsənsə, o, sənin nəyinə lazımdır?”

Gözəllik həyatınızın və təcrübələrinizin üzünüzdə əks olunmasıdır. Daim diqqət mərkəzində olmaq istəyirsinizsə, dodaq boyanızı əskik etməyin. Fərqli paltarlar geyinməkdən çəkinməyin, ürəkli olun. Makiyajdan qaçdığım zamanlarda belə, mütləq tuşdan istifadə edirəm. Bu məqama da xüsusilə diqqət yetirmək lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm