Müğənni toylara getməkdən imtina etdi
Bizi izləyin

Tabloid.az

Müğənni toylara getməkdən imtina etdi

Müğənni və aparıcı Vüsalə Rəcəbova ATV-nin “Gün üzü” verilişində qonaq olub və maraqlı açıqlamları ilə yadda qalıb.

Müğənni və aparıcı Vüsalə Rəcəbova ATV-nin “Gün üzü” verilişində qonaq olub və maraqlı açıqlamları ilə yadda qalıb. Verilişin mövzusu toylar və toylardakı israfçılıq olub. Müğənni bildirib ki, artıq o toylara getməkdən imtina edib. Bu qərar səbəbsiz deyil.

“Bir il olar ki, qonaq qismində yalnız dost-tanış, qohum toylarına gedirəm. Pulla toylara getmirəm. Bu da səhhətimlə bağlıdır. Əsas səbəb də səsimin qorunmasıdır. Sağlamlığımız yerində olmasa, bu səs tellərində də özünü göstərir”- deyə Vüsalə xanım bildirdi.

Toyda süfrəyə yüz cür təam düzülür:

“İnsanın da bir qarnı var, bir az yeyib doyur. Çox yemək insanın büdcəsi ilə yanaşı, mədəsinə də ziyandır. Toya çəkilən xərc toydan sonrakı dolanışıq üçün ayrılsa, israfçılıq olmaz. Elə gənclər olur ki, toydan sonra maddi problemlə üzləşir. Həmin məbləğ onların ehtiyacını qarşılaya bilər”.

Müğənni el qınağından da söz açıb:

“Oğluma kiçik toy eləyəndə məclisimizə 150 nəfər dəvət etdim. Əksəriyyəti incəsənət adamları idi. Süfrəyə qonaqlarımın doya biləcəyi qədər təam düzülmüşdü. Sonradan qınayanlar oldu ki, kaş məclisini filan məkanda edərdin və s. Məncə el qınağı bu olmamalıdır. Mən geyimimə, hərəkətimə fikir verməliyəm ki, qınaq hədəfinə çevrilməyim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm