Tabloid.az
“Bakı payız”ı Azərbaycan estradasına kimləri bəxş edib?

17 noyabr… Bu tarix mənim üçün şou aləminin ən önəmli tarixidir. Çünki, məhz 1988-ci ilin bu günü müasir şou biznesin yaradıcıları dünyaya gəliblər. Bəli, məhz dünyaya gəliblər. Özlərinin də xəbəri olmadan. Çünki, onları biz, adi tamaşaçılar həmin gündən tanımışıq. İlk qədəmlərini həmin gündən görmüşük. Bəlkə də o vaxt heç özlərinin ağıllarına gəlməzdi ki, onlar cümlə-cümlə müasir Azərbaycan şou biznesinin tarixini yazacaqlar. Amma onlar bunu etdilər! Gənc nəsildə sual yarana bilər, axı onlar kimdirlər? Söhbət kimlərdən gedir?
Söhbət Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, İlqar Xəyal, Almaz Ələsgərli, Samir Bağırov, Abbas Əhməd, Aida Beydullayevadan gedir. Yəni, “Bakı payızı” musiqi yarışmasının iştirakçılarından.
İndi əksəriyyət onları bəyənməyə bilər. Amma danılmaz fakt odur ki, məhz adını sadaladığım bu insanlarsız müasir şou biznesi təsəvvür etmək mümkün deyil. Çağdaş şou aləminin bütün yenilikləri məhz onların adı ilə bağlıdır. Stereotipləri sındırmaq gənc onların üzərinə düşmüşdü.
Aygün Kazımovanın dəniz qırağında çəkdirdiyi klipləri, Faiq Ağayevin saçını gümüşü rəngə boyayıb səhnəyə çıxmasını, Zülfiyyə Xanbabayevanın qeyri adi imicini indiyədək xatırlayıram… Uşaqlığımın rezonansları idilər. Hər kəs onlardan danışırdı.
Həmin bu müğənnilər Tofiq Quliyev, Rafiq Babayev, Akif İslamzadə , Teymur Mirzəyev kimi sənətkarların qarşısında imtahan veriblər. Qəribədir… İmtahan verən bu müğənnilər indi özləri “Azəri Star”, “Yeni Ulduz” kimi yarışmalarda münsif kürsüsündə əyləşərək imtahan götürürlər.
Bir çoxları musiqi yarışmalarının əleyhinədir. SMS və SMS-siz olaraq onları 2 yerə bölürlər. Amma bu yarışmalar istənilən mənada şou biznesimiz üçün çox önəmlidir. 1988-ci ildəki yarışma bizə Aygün, Faiq, Zülfiyyə, Almaz, Samir, İlqarı veribsə, müasir yarışmalar bizə “Eurovizion”da təmsilçilərimizi - Ayseli, Safuranı, Samir və Elnuru və bir sıra yeni müğənniləri verib. Bu isə o deməkdir ki, istənilən halda udan şou biznes olub. Mən burada qalmaqaldan, dedi-qodudan danışmaq istəmirəm. Çünki, bu gün onların ad günüdür.
Sonda isə tabloid.az 1988-ci ilin bu günü “dünyaya gələn” “Bakı payızı” müsabiqəsinin iştirakçılarını ürəkdən təbrik edir, hər birinə sağlam rəqabət arzu edir…

-
Rəsmi xronika00:05
Prezident Anım Günü ilə bağlı paylaşım etdi
-
Region26 Sentyabr 22:40
İran dağın altında gizli obyekt inşa edir - Peyk görüntüləri yayıldı
-
Sosial26 Sentyabr 21:37
Bu da Adnanın lüks avtomobil kolleksiyası - Fotolar
-
Dünya26 Sentyabr 21:00
Lukaşenko Zelenski ilə görüşmək istəyir: "Razılığa gəlməsək, bu, hamı üçün pis olacaq"
-
Ekologiya26 Sentyabr 19:00
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ VERİLDİ
-
Nəqliyyat26 Sentyabr 18:10
20 yolda tıxac var - Siyahı
-
Elm və təhsil26 Sentyabr 17:20
Ödənişli təhsil alanlara şad xəbər: Pulsuz oxuya biləcəklər
-
Sosial26 Sentyabr 15:20
Adnan Əhmədzadənin həyat yoldaşına məxsus boyunbağının qiyməti - FOTO