Tabloid.az
Piti - Resept
Tabloid.az pitinin reseptini təqdim edir:
İnqrediyentlər:
Qoyun əti, yaxud dana əti (kürək hissəsi və ya döş əti), – 1 kq.
Baş soğan – 1 baş
Noxud – ½ stəkan
Şabalıd - 1 stəkan
Qara gavalı – 8-10 ədəd
Sarıkök – 3 çimdik
Duz, istiot, sumax– zövqə görə
Hazırlanması:
Təcrübəli aşpazların dediyinə görə, yorğun əsgərlərin, yolçuların, iş adamlarının gücünü tezliklə bərpa etməyə ancaq gil küpələrdə (çanaxda, küpədə, dopuda) bişirilən dadlı, ətirli və doyumlu piti (qədim türk sözü «pete»–yumşaq, zərif deməkdir) qadirdir. Qədimlərdə bu xörəklə hərbi yürüşlərdə olan əsgərləri yedizdirirdilər. Pitinin resepti artıq çoxdan türk dünyasının sərhədlərini aşıb keçmişdir. İndi onun oxşarlarına «çanax» adı altında Balkanlarda, Moldovada, Gürcüstanda, Aralıq dənizi ölkələrində rast gəlmək olur.
Qoyun əti (dana əti) orta böyüklükdə tikələrə doğranır, qazana bütöv soğan quyruğu ilə (dağılmasın deyə), əvvəlcədən isladılmış noxud, şabalıd qoyulur və 4 stəkan su tökülür. Buna duz, istiot tökülmür! Bulyon şəffaf olmalıdır. Əvvəlcə güclü oda qoyulur, bir neçə dəfə kəfi yığılır. Sonra od azaldılır və qapağı qoyulur. Piti 2-3 saata bişir. Hazır olmağına 30 dəqiqə qalmış ona albuxara və sarıkök əlavə edilir.
Hazır piti ancaq dərin kasalarda süfrəyə verilir. Onu iki xörək kimi yeyirlər, əvvəlcə kasanın dibinə duz, istiot və sumax qoyulur, çörək doğranır və üstünə pitinin suyu tökülür. Doyumlu şorba alınır. Sonra küpənin içində qalanlar boşqaba tökülür, duz, istiot, sumax əlavə edilib yeyilir. Piti habelə paylarla balaca küpələrdə də bişirilir.
Nuş olsun!
-
Magazin108:36Azərbaycanlı bu məşhurlar bir-biriləri ilə qohum imiş... - Foto
-
Ekologiya07:17İntensiv yağışlar yağacaq
-
İdman06:46Messi “İnter Mayami”nin jestinə belə reaksiya verdi
-
Magazin106:16Azərbaycanlı məşhur bloqerlərin toy fotoları müzakirə yaratdı
-
Magazin105:15Vüqar Əbdülovla Namiq Qaraçuxurlu arasında nə baş verib? - VİDEO
-
İdman02:12“Real Madrid” uduzdu, “Barselona” isə...
-
Hadisə01:00Badamdar yamacında sürüşmə təhlükəsi: yol bağlandı - VİDEO
-
Dünya00:30Daha bir ölkə 6 bal gücündə zəlzələ ilə SARSILDI



































